“Daha rəqabətli tədris modeli yaratmaq üçün yeni təmayül tədris modeli tətbiq olunan məktəblərdə mükafat mexanizmi işlənilə bilər.”
“Tehsil365” Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidli Təhsil TV-nin efirində yayımlanan “Təhsil saatı” verilişində deyib.
O bildirib ki, müəllimlərin öyrətmə bacarıqlarına və şagirdlərin öyrənmə motivasiyasına uyğun olaraq mükafatlandırma mexanizmi tətbiq oluna bilər.

