2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulun nəticələrinin açıqlanacağı vaxt məlum olub.
“Tehsil365” xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, nəticələrin 3 gün ərzində elan olunması nəzərdə tutulur.
"Adətən ixtisaslaşma seçimi başa çatandan sonrakı 3 gün ərzində nəticələr elan olunur", - deyə rəsmi cavabda vurğulanıb.
Qeyd edək ki, magistraturaya qəbul üzrə ixtisaslaşma seçiminin müddəti bu gün - 27 iyul saat 13:00-da başa çatıb.

