Təhsil 365 - Logo Mobile

ADPU-da yaz semestrinin imtahan sessiyası uğurla yekunlaşıb - Elmi Şura

14328.07.2026 - 04:23
ADPU-da yaz semestrinin imtahan sessiyası uğurla yekunlaşıb - Elmi Şura

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib. ADPU-nun rektoru professor Cəfər Cəfərov ötən dövrdə universitetin əməkdaş və tələbələrinin qazandığı uğurlar barədə məlumat verib, elmi ad və dərəcələr alan əməkdaşlara müvafiq sənədləri təqdim edib.

ADPU-dan “Tehsil365” ə bildirilib ki,Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov və Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Pərviz Səfərova elmlər doktoru diplomları təqdim edilib. Pedaqogika üzrə fəlsəfə doktoru Fəridə Xudiyeva, tarix üzrə fəlsəfə doktoru Səbinə Həziyeva, filologiya üzrə fəlsəfə doktoru Mahirə Abdullayeva, fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov (Şamaxı filialı), tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov və tarix üzrə fəlsəfə doktoru Paşa Quluzadəyə dosent attestatı, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Musayeva, fizika üzrə fəlsəfə doktoru Natella Namazova, siyasi elmlər üzrə fəlsəfə doktoru Qoşqar Bəylərov, pedaqogika üzrə fəlsəfə doktoru Məcid Bayramlı, sosial elmlər üzrə fəlsəfə doktoru Firuz Süleymanov, pedaqogika üzrə fəlsəfə doktoru Nərgiz Ağayeva, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Zeynallı və pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Sərdarovaya isə fəlsəfə doktoru diplomları təqdim edilib.

Elmi katib r.ü.f.d. Nərminə Abdullayeva ötən Elmi şuradan cari dövrədək universitet və onun filiallarında təşkil edilən layihə və tədbirlər barədə xülasəni təqdim edib.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-da 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki, sessiya ərzində təşkil edilən 2240 imtahanda 10 min 375 bakalavr, 581 nəfər magistrant olmaqla, 10 min 926 nəfər təhsilalan iştirak edib. Proses ərzində yaradılmış İmtahan Qərargahına 143 müraciət daxil olub ki, onlardan 52-si təsdiqini tapmayıb, 69 hal üzrə isə müraciətçinin lehinə qərar verilib. İmtahan nəticələrinə yenidən baxılması üçün Apellyasiya Komissiyasına 2096 ərizə daxil olub. Müraciətlərin 25 faizi tələbələrin xeyrinə həll edilib. Müraciət edənlərdən 48 faizinin cari imtahan nəticəsi qüvvədə saxlanılıb, müraciətlərin 27 faizi isə qəbul edilməyib. 

E.Aslanov, həmçinin universitet və fakültələr üzrə müvəffəqiyyət və keyfiyyət göstəricilərinin təhlilini şura iştirakçılarına təqdim edib. Qeyd edilib ki, bakalavriat səviyyəsi üzrə orta müvəffəqiyyət göstəricisi 79 faizə, keyfiyyət göstəricisi isə 46 faizə bərabər olub. Magistratura səviyyəsi üzrə isə bu rəqəmlər müvafiq olaraq 98,4 faiz və 64 faizə bərabərdir.

Sonuncu tədris ili tələbələrinin təcrübələrinin yekunları barədə məlumat verən prorektor vurğulayıb ki, bakalavriat səviyyəsi üzrə hesabat təqdimatına buraxılan 2271 tələbənin hamısı müvəffəq qiymət alaraq təhsilini başa vurub. Yekun dövlət attestasiyasına buraxılan 17 tələbədən 11-i attestasiyadan uğurla keçib. Daha sonra ADPU-nun filiallarında keçirilən imtahan sessiyasının nəticələri dəyərləndirilib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov magistrantların dissertasiya işlərinin müdafiəsinin yekunları ilə bağlı hesabatla çıxış edib. A.Zamanov qeyd edib ki, II tədris ili magistrantlarının dissertasiya işlərinin müdafiəsi 19 iyun – 09 iyul tarixləri aralığında təşkil edilib. Vurğulanıb ki, cari tədris ilində ADPU-nun magistratura səviyyəsinin II tədris ilində təhsil alan 465 nəfərdən 448 nəfəri uğurla məzun olub. Ümumilikdə 378 magistrant dissertasiya müdafiəsində iştirak edib ki, onların 377 nəfərinin elmi işləri müdafiədən uğurla keçib. Prorektor yaz semestrinin imtahan sessiyasının nəticələrindən söz açaraq diqqətə açtdırıb ki, imtahanlarda ümumilikdə 581 nəfər magistrant iştirak edib, onların 571 nəfəri bütün imtahanlardan müvəffəq qiymət almağı bacarıb. Sonda A.Zamanov dissertasiya işlərinin hazırlanması və müdafiəsi ilə bağlı qeyd və təklifləri səsləndirib.

Daha sonra iclas cari məsələlərin müzakirəsi ilə davam edib. 

Sonda müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.

Nuray Babayeva

Xəbər Lenti

Azərbaycanda iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb28.07.2026 - 08:37
İran AzTV-ni "düşmən media" siyahısına daxil etdi: Mediadan reaksiya 28.07.2026 - 08:30
Dövlət Proqramının 51 qalibi bu universitetin məzunudur28.07.2026 - 08:20
Valideynlərin nəzərinə: bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır28.07.2026 - 08:15
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq28.07.2026 - 08:10
Magistraturanın ixtisas seçimi nəticələri nə zaman açıqlanacaq?- RƏSMİ28.07.2026 - 08:05
ADU-da Çin Xalq Azadlıq Ordusunun ildönümünə həsr olunan mühazirə keçirilib28.07.2026 - 08:00
Təmayül məktəblərə şagird qəbulunun nəticəsi nə vaxt açıqlanacaq?28.07.2026 - 08:00
İnformasiya Texnologiyaları İnstitutu ilə Hesablama Palatası rəqəmsal əməkdaşlığı müzakirə edib28.07.2026 - 07:58
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Vasif Adıgözəlov anılır28.07.2026 - 07:53
Müəyyən komissiyalar üzrə qabiliyyət imtahanları davam edir28.07.2026 - 07:45
Magistratura imtahanında namizədlərin əksəriyyəti 40-45 bal topladı28.07.2026 - 07:35
Bir liseyin 9 məzunu xaricdə təhsil üzrə Dövlət Proqramına seçildi -FOTO28.07.2026 - 07:30
ADRA tələbələri Londonda peşəkar memarlıq proqramında iştirak ediblər28.07.2026 - 07:19
“Kür” sənədli film layihəsi Gürcüstanda beynəlxalq pitçinqin qalibi olub28.07.2026 - 07:15
Azərbaycanda küləkli hava günortadan etibarən zəifləyəcək28.07.2026 - 07:11
2030-cu ilədək milyonlarla yeni HİV yoluxması baş verə bilər28.07.2026 - 07:08
Sabahdan 5 məktəbdə 1-ci sinfə prioritetsiz qəbul aparılacaq28.07.2026 - 06:37
Naxçıvanda şəhid övladları üçün yay düşərgəsinə start verilib28.07.2026 - 06:15
"Mən yalnız uğurlu olsam dəyərliyəm..."-Klinik Psixoloq Şərafət Şirinli28.07.2026 - 05:59
Tələbəmiz Avropa ikincisi oldu28.07.2026 - 05:51
Odlar Yurdu Universiteti Kəlbəcərdə iki beynəlxalq elmi konfrans təşkil edəcək28.07.2026 - 05:42
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib28.07.2026 - 05:31
Sumqayıt Dövlət Universitetinin rektoru Polimer Materialları İnstitutunda olub28.07.2026 - 05:24
UFAZ əməkdaşı Strasburqda süni intellekt üzrə elmi əməkdaşlıq imkanlarını müzakirə edib28.07.2026 - 05:15
FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində28.07.2026 - 05:06
ADNSU müəllimləri Pekində keçirilən beynəlxalq forumda iştirak ediblər28.07.2026 - 04:55
NDU-da teatrşünaslıq sahəsində yeni monoqrafiya təqdimatı olub28.07.2026 - 04:47
ADNSU-da struktur dəyişikliyi və yeni təyinatlar olub28.07.2026 - 04:39
ADU-nun müəllimi beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib28.07.2026 - 04:31
ADNSU tələbəsi Çinin aparıcı universitetlərinin kampuslarını ziyarət edib28.07.2026 - 04:16
Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı28.07.2026 - 04:09
UNEC II Tələbə Startap müsabiqəsi elan edir!28.07.2026 - 04:03
Magistraturada nəticələrin açıqlanacağı vaxt bilindi27.07.2026 - 14:56
Təmayül tədris modelinə keçən məktəblərdə müəllimlər üçün mükafat sistemi olacaq?27.07.2026 - 14:43
DİA məzunu Edinburq Universitetində magistratura təhsili alacaq27.07.2026 - 14:35
“İnformasiya bolluğu qərarvermə prosesinə maneə yarada bilər” - Əziz Əlibəyli27.07.2026 - 14:29
BANM və “AZROKSAN” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR27.07.2026 - 14:17
BANM tələbəsi ACCA imtahanında dünya üzrə 7-ci olub27.07.2026 - 14:08
BANM tələbələri "Azərkosmos"un Peyk İdarəetmə Mərkəzinə infotur edib - FOTOLAR27.07.2026 - 13:54
NDU-da teatrşünaslıq sahəsində yeni monoqrafiya təqdimatı olub - FOTOLAR27.07.2026 - 13:46
Qarabağ Universitetinin tələbələri "Deloitte"da təcrübə proqramında iştirak edirlər 27.07.2026 - 13:36
Nazir müavininin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib27.07.2026 - 13:23
DİA məzunu ABŞ-nin nüfuzlu universitetində təhsil alacaq27.07.2026 - 13:12
BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir27.07.2026 - 13:05
İM sədri: Təhsildə rəqəmlərdən çox onların mesajını oxumaq lazımdır27.07.2026 - 12:47
Təmayül tədris modeli üçün müəllimlər necə seçiləcək?27.07.2026 - 12:10