Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin tələbəsi Nurlan Məmmədov İtaliyanın Salerno şəhərində keçirilən Tələbələrin Avropa Çempionatında uğurlu çıxışı ilə fərqlənərək gümüş medala layiq görülüb.
AzMİU-dan “Tehsil365” ə bildirilib ki, yarış Avropa Universitet İdmanı Assosiasiyasının (EUSA) təşkilatçılığı ilə baş tutub və müxtəlif ölkələrdən yüzlərlə tələbə-idmançını bir araya gətirib.
Nurlan Məmmədovun əldə etdiyi bu yüksək nəticə həm Azərbaycan idmanının, həm də AzMİU tələbələrinin beynəlxalq arenadakı uğurlarının növbəti nümunəsidir. Onun göstərdiyi əzm, peşəkarlıq və mübarizə ruhu universitet gəncləri üçün örnək olmaqla yanaşı, ölkəmizin idman nailiyyətlərinə də mühüm töhfə verib.

