İyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların 1-ci sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Bu barədə “Tehsil365”ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Sərbəst qəbulun aparılacağı ümumi təhsil müəssisələri bunlardır:
• Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;
• Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;
• “Zəngi” liseyi;
• Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;
• 132-134 nömrəli Təhsil Kompleksi.
Qeyd edək ki, 1-ci sinfə elektron qəbul prosesi müvafiq qaydalara uyğun olaraq davam etdirilir.

