Təhsil 365 - Logo Mobile

BMU-da “İnformasiya texnologiyaları” ixtisası üzrə geniş təhsil imkanları

12928.07.2026 - 09:00
BMU-da “İnformasiya texnologiyaları” ixtisası üzrə geniş təhsil imkanları

2026/2027-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində qəbul aparılan daha bir ixtisas “İnformasiya texnologiyaları”dır.  

“Tehsil365” xəbər verir ki, informasiya texnologiyaları həyatın bütün sahələrinə dərindən nüfuz edən rəqəmsal texnologiyaların kommersiya və təşkilati problemlərin həllində tətbiqini öyrədir. Təhsil müddətində tələbələr proqramlaşdırma, kompüter şəbəkələri, verilənlər bazaları, informasiya təhlükəsizliyi, süni intellekt, maşın öyrənməsi və verilənlərin təhlili sahələrində müasir nəzəri bilik və praktik bacarıqlara yiyələnirlər. Bu ixtisas üzrə məzunlar tədqiqat, innovasiya və beynəlxalq akademik mühitdə fəaliyyət göstərmək üçün zəruri kompetensiyalar qazanır, həmçinin müxtəlif istiqamətlərdə uğurlu karyera qurmaq imkanı əldə edirlər. Onlar kompüter proqramçısı, proqram təminatı mühəndisi, kompüter sistemləri analitiki, kompüter şəbəkələri üzrə mütəxəssis, verilənlər bazası inzibatçısı, informasiya təhlükəsizliyi analitiki, veb proqramçı, süni intellekt mühəndisi, maşın öyrənməsi üzrə mütəxəssis, data analitiki və digər yüksək tələbat olan peşələrdə fəaliyyət göstərə bilərlər.

BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “İnformasiya və kommunikasiya mühəndisliyi”, BMU tərəfindən isə “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr diplomu təqdim edilir.

Təhsilalanların Koreyada 1 illik tam təhsil və digər bütün xərcləri Dövlət Proqramı çərçivəsində qarşılanır. 

İkili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzinin (DİM) bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən təşkil olunacaq daxili imtahan əsasında aparılır. BMU-İNHA İDP-də Azərbaycan vətəndaşı olan, DİM imtahanlarından uğurla keçən 1-ci ixtisas qrupu üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış abituriyentlər iştirak edə bilər. Seçim nəticəsində 26 nəfər tələbə “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Bundan əlavə, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi və yazılı formada keçirilən riyaziyyat, fizika və ingilis dili üzrə daxili imtahandan da uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün namizədlər tələb olunan sənədləri “onlayn anket”ə daxil etməlidir. Sənədlərin son qəbul tarixi 1 avqust 2026-cı il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

İDP-yə qəbul üçün daxili imtahan 4 avqust 2026-cı il tarixində keçiriləcək. İmtahan nəticələri isə 6 avqust 2026-cı il tarixində elan ediləcək.

BMU-İNHA İDP-yə qəbul olunmuş namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilərək, DİM-də rəsmi olaraq qeydiyyata alınır. Əlavə olaraq, qəbul olunmuş namizədlər rəsmi BMU-İNHA İDP tələbəsi statusunu qazanaraq, DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirakdan azaddırlar. BMU-İNHA İDP-yə qəbul olunmayan namizədlərin DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində iştirak etmələri üçün kifayət qədər vaxt nəzərdə tutulub. 

Amin Cavayev

Xəbər Lenti

IV qrupda bir nəfər 700 bal topladı 28.07.2026 - 14:56
Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub - FOTOLAR28.07.2026 - 14:45
DİA məzunu İtaliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 14:41
DİA məzunu Avstraliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 14:37
UFAZ-da 11-ci qəbul imtahanı keçirilib28.07.2026 - 14:29
DİA məzunu Avstraliyanın nüfuzlu universitetlərindən birində magistratura təhsili alacaq28.07.2026 - 14:21
Naxçıvan Dövlət Universitetində “Tərcümə (Çin-Azərbaycan dilləri)” ixtisası yaradılır28.07.2026 - 14:13
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tədbirdə təltif olunublar - FOTO28.07.2026 - 14:05
BMU tələbəsi - "Koreyada təhsil müddətində texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırıram"28.07.2026 - 13:53
İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb28.07.2026 - 13:46
Naxçıvan Dövlət Universitetində "NASCO 29" elmi konfransı keçiriləcək28.07.2026 - 13:37
I və IV ixtisas qrupları üzrə imtahan nəticələri elan olunub28.07.2026 - 13:29
DİA məzunu Rusiyada magistraturaya qəbul olub28.07.2026 - 13:27
DİA məzunu Avstraliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 13:21
OYU müəllimləri IV Azərbaycan Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak ediblər - FOTOLAR28.07.2026 - 13:14
Gənclərin mütaliə vərdişləri niyə zəifləyir? – yazıçı Elxan Elatlıdan açıqlama28.07.2026 - 13:03
ATMU və “Study in Azerbaijan”arasında əməkdaşlıq müqaviləsi imzalanıb28.07.2026 - 12:20
Təhsildə elmi təfəkkür və mənəvi dəyərlər balansı – Tural İrfandan açıqlama28.07.2026 - 12:11
Magistratura birincisi bu universiteti seçdi 28.07.2026 - 12:01
Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edildi28.07.2026 - 11:56
20 ildə şəhər məktəblərinin müəllimləri 10 min nəfər azalıb28.07.2026 - 11:53
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu28.07.2026 - 11:47
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək28.07.2026 - 11:41
Bakalavriat səviyyəsi üzrə xaricdə təhsil üçün ən çox seçilən ÖLKƏ28.07.2026 - 11:31
Millimiz Portuqaliyanı məğlub etdi28.07.2026 - 11:23
Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək28.07.2026 - 11:17
Dünya çempionatı: Abdurrahman Hüseynli erməni rəqibini məğlub edərək yarımfinala yüksəlib28.07.2026 - 11:12
Əlyazmalar İnstitutu almandilli materialların kataloqunu nəşr edib28.07.2026 - 10:38
“İdrak” liseyində baş verən insidentlə bağlı silah sahibi barədə qərar açıqlanıb28.07.2026 - 10:28
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt proqramına start verir28.07.2026 - 10:20
BMU-da abituriyentlər üçün qəbul üzrə müraciət mərkəzi fəaliyyətə başlayıb28.07.2026 - 10:08
Soltan Soltanlı yubiley sərgisi ilə bağlı planlarını bölüşüb28.07.2026 - 10:05
Lalə İsmayılın yeni kitabı oxuculara təqdim edilib28.07.2026 - 10:00
Professor Buludxan Xəlilova həsr olunan elektron məlumat bazası istifadəyə verilib28.07.2026 - 09:53
Mədəniyyət naziri Pakistan səfiri ilə görüş keçirib28.07.2026 - 09:47
Mədəniyyət naziri Adil Kərimli Anarla görüş keçirib28.07.2026 - 09:37
Peşə təhsilində böyük yenilənmə: 46 yeni emalatxana açıldı28.07.2026 - 09:35
Nazir müavini: Attestasiya kadrların peşəkar inkişaf ehtiyaclarını müəyyənləşdirir28.07.2026 - 09:27
Fərid Cəfərov: 1100-dən çox kitabxana əməkdaşının İT bacarıqları qiymətləndirilib28.07.2026 - 09:25
Ixtisas secimi ilə bağlı qərar verməzdən əvvəl Azərbaycan Universitetini yaxından tanıyın!28.07.2026 - 09:20
AzTU və “AZROKSAN” yüksəkixtisaslı kadr hazırlığı üzrə əməkdaşlığı genişləndirir28.07.2026 - 09:15
Azərbaycan dili üzrə ən yüksək nəticə göstərən məktəblər açıqlanıb – SİYAHI28.07.2026 - 09:07
ADMİU-da kadr hazırlığının təkmilləşdirilməsi: yeni ixtisaslaşmalar və təhsil proqramları28.07.2026 - 09:05
Nazir müavini: Məqsədimiz kitabxana xidmətlərini müasir standartlara uyğunlaşdırmaqdır28.07.2026 - 09:00
ATMU-nun semestr üzrə ən uğurlu tələbələri - TANIYAQ28.07.2026 - 08:55
ADPU əməkdaşlarının tədqiqatları 20-dək beynəlxalq jurnalda dərc olunub28.07.2026 - 08:45
Azərbaycanda iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb28.07.2026 - 08:37