Təhsil 365 - Logo Mobile

Gənclərin mütaliə vərdişləri niyə zəifləyir? – yazıçı Elxan Elatlıdan açıqlama

16128.07.2026 - 13:03
Gənclərin mütaliə vərdişləri niyə zəifləyir? – yazıçı Elxan Elatlıdan açıqlama

Gənclər arasında kitab oxuma vərdişlərinin zəifləməsində sosial şəbəkələrin də rolu var.

Bu fikirləri “Tehsil365”ə açıqlamasında yazıçı Elxan Elatlı bildirib.

“Gənclərin kitab oxuma vərdişlərinin zəifləməsinə əsas səbəblərdən biri orta məktəblərdə bədii ədəbiyyatın lazımınca təbliğ olunmamasıdırsa, bir vacib səbəb də sosial şəbəkələrə aludəçilikdir. Kitab oxumaq az da olsa zəhmət və diqqət tələb edir, sosial şəbəkələri izləmək isə heç nə tələb etmir və nəticədə gənclərimizdə beyin tənbəlliyi yaranır.”

Yazıçı bildirib ki, məktəb və universitetlərdə mütaliə vərdişinin formalaşdırılması üçün davamlı tədbirlər həyata keçirilməlidir.

“Məktəb və universitetlərdə mütaliə vərdişi yaratmaq və inkişaf etdirmək üçün birbaşa nazirliyin göstərişi və nəzarəti ilə davamlı tədbirlər həyata keçirilməlidir. Belə tədbirlərə kitab müzakirələri, kitab sərgiləri, yazarlarla görüşlər, müxtəlif bədii dərnəklərin yaradılmasını misal göstərmək olar.”

O, hesab edir ki, orta məktəblərdə şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılmasına dərs planı çərçivəsində yanaşmaq lazımdır.

“Eyni zamanda, orta məktəblərdə şagirdlərin mütaliə vərdişlərinin formalaşması işinə məcburi formada, yəni dərs planı çərçivəsində yanaşmaq lazımdır. Məncə bir vaxtlar təhsilimizdə mövcud olmuş və həftədə bir gün üçün nəzərdə tutulan "Sinifdənxaric oxu günü"nün yenidən tətbiq olunması yerinə düşər.”

Yazıçı qeyd edib ki, orta məktəblərin qarşısında duran əsas vəzifələrdən biri mənəvi cəhətdən yetkin gənclərin hazırlanmasıdır və bu istiqamətdə oxu vərdişlərinin yaradılması mühüm əhəmiyyət daşıyır.

“Nəzərə almaq lazımdır ki, bu gün orta məktəblərin qarşısında duran əsas vəzifə mənəvi cəhətdən yetkin gənclərin hazırlanmasıdırsa, bu çətin işdə uğur qazanmağın vacib şərtlərindən biri şagirdlərdə oxu vərdişlərinin yaradılmasıdır və bu məsələyə laqeyd yanaşmaq olmaz.”

Zümrüd Əlicanlı

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05