İşğaldan azad olunmuş torpaqlarımızın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Azərbaycan Beynəlxalq Elmi Tədqiqatlar Konfransı ölkənin və dünyanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən alim və tədqiqatçıları bir araya gətirib.
“Tehsil365” xəbər verir ki, konfransda Odlar Yurdu Universitetinin "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının müəllimləri, iqtisad üzrə fəlsəfə doktorları Ayşən Vəlibəyli, Sevinc Məmmədova və Solmaz Məmmədova da iştirak edərək davamlı inkişaf, regional inkişaf, rəqəmsal iqtisadiyyat və Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı elmi müzakirələrdə yer alıblar.
Konfrans çərçivəsində iştirakçılar həmçinin Şuşa, Xankəndi və Laçında həyata keçirilən bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

