Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Jasmin Abdulkərimova xaricdə təhsilini davam etdirəcək.
“Tehsil365” xəbər verir ki, o, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olaraq Avstraliyanın aparıcı universitetlərindən biri olan The Australian National University-də “Public Policy” magistratura proqramı üzrə təhsil alacaq.
Qeyd edək ki, Jasmin Abdulkərimova 2020-2024-cü illərdə DİA-da Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb və təhsilini 92 ÜOMG ilə başa vurub.
Məzun “Dövlət Proqramı” çərçivəsində QS World University Rankings reytinqində dünyanın ilk 29 universiteti sırasında yer alan ANU-da akademik fəaliyyətini davam etdirəcək.

