Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Zəhra Zamanlı xaricdə təhsilini davam etdirəcək.
“Tehsil365” xəbər verir ki, o, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan The University of Melbourne-in “Public Policy and Management” magistratura proqramına qəbul alıb.
Qeyd edək ki, Zəhra Zamanlı eyni zamanda University of Glasgow və The University of Sydney universitetlərindən də qəbul təklifi əldə edib.
Məzun 2021-2025-ci illərdə DİA-nın Siyasi idarəetmə fakültəsinin Dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb və təhsilini 95,9 ÜOMG ilə başa vurub.
Zəhra Zamanlıya magistratura təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

