Naxçıvan Dövlət Universitetində 15-16 oktyabr 2026-cı il tarixlərində “Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO 29)” keçiriləcək.
“Tehsil365” xəbər verir ki, elmin bütün sahələrini əhatə edən konfrans ənənəvi (üzbəüz) formatda təşkil olunacaq. Tədbir çərçivəsində doktorant və gənc tədqiqatçılar elmi nəticələrini təqdim etmək, aktual mövzular ətrafında müzakirələr aparmaq, təcrübə və bilik mübadiləsi həyata keçirmək imkanı əldə edəcəklər.
Konfrans, həmçinin müxtəlif elm sahələri arasında multidissiplinar əməkdaşlığın inkişafı və yeni elmi yanaşmaların formalaşdırılması baxımından mühüm platforma olacaq.
“Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransına (NASCO 29)” sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir.

