Naxçıvan Dövlət Universitetində (NDU) yeni “Tərcümə (Çin-Azərbaycan dilləri)” ixtisası açılır.
“Tehsil365” xəbər verir ki, yeni ixtisas Çin dili üzrə peşəkar tərcüməçilərin hazırlanması, tələbələrin beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli karyera qurmasına və qlobal əməkdaşlıq imkanlarından yararlanmasına şərait yaradacaq.
Yeni ixtisas üzrə tələbələr Çin və Azərbaycan dilləri üzrə peşəkar tərcümə bacarıqları, beynəlxalq ünsiyyət və əməkdaşlıq imkanları, müasir və praktik yönümlü təhsil əldə edəcəklər.
Bildirilib ki, bu ixtisasın yaradılması NDU-nun Çin universitetləri ilə inkişaf edən beynəlxalq əməkdaşlığının nəticələrindən biridir. Universitet süni intellekt, yaşıl enerji, informasiya təhlükəsizliyi, logistika və digər istiqamətlər üzrə Çinin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbələri üçün yeni akademik və peşəkar imkanlar formalaşdırır.

