Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Həbibə Əliyeva xaricdə təhsilini davam etdirəcək.
“Tehsil365” xəbər verir ki, o, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olaraq Avstraliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan The University of Sydney-nin “Public Policy” magistratura proqramına qəbul alıb.
Həbibə Əliyeva 2022-2026-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb və təhsilini 97 ÜOMG ilə başa vurub.
Məzunumuzu təbrik edir, magistratura təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

