DİA məzunu İtaliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Nərmin Əsgərova İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sapienza University of Rome universitetinin “Development and International Cooperation Studies (LM-81)” magistratura proqramına qəbul alıb.
Qeyd edək ki, Nərmin Əsgərova eyni zamanda University of Padua, University of Milan və University of Siena universitetlərindən də qəbul təklifi əldə edib.
Məzun 2022-2026-cı illərdə DİA-nın Siyasi idarəetmə fakültəsinin Politologiya ixtisası üzrə bakalavr təhsili alıb və təhsilini 93.9292 ÜOMG ilə başa vurub.
Nərmin Əsgərovaya magistratura təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

