Təhsil 365 - Logo Mobile

Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub - FOTOLAR

13828.07.2026 - 14:45
Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizin müxtəlif şəhər və rayonlarının ucqar kəndlərində uğurla icra edilən “Səyyar Gənclər Xidməti” layihəsi cari ildəki fəaliyyətini Şamaxıda davam etdirir. “Gənclərlə, gənclər üçün” şüarı ilə keçirilən layihənin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.

Tehsil365” xəbər verir ki, 27-31 iyul tarixlərini əhatə edəcək Şamaxı dayanacağının açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Səbuhi Həsənov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev öz çıxışlarında Səyyar Gənclər Xidmətinin region gənclərinin potensialının reallaşdırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də gələcək karyera inkişafına töhfə verən mühüm layihə olduğunu bildiriblər.

Layihə müddətində Şamaxı rayonunun gəncləri üçün "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Bununla yanaşı iştirakçılar üçün Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən maarifləndirici sessiyalar və sərgilər təşkil olunub. Həmçinin gənclər peşəkar mütəxəssislərin təqdimatında ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında keçirilən təlimlərdə fəal iştirak ediblər. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.

Xatırladaq ki, cari il üzrə Şəki, Oğuz və Qəbələ, İsmayıllı və Ağsuda baş tutan layihə noyabr ayınadək ümumilikdə 20 şəhər və rayondan 8 min gənci əhatə edəcək.

Zümrüd Əlicanlı

Xəbər Lenti

“Peşə təhsilinə marağın artırılması üçün müvafiq addımlar atılıb” - Təhsil eksperti Elçin Əfəndi28.07.2026 - 17:30
IV qrupda bir nəfər 700 bal topladı 28.07.2026 - 14:56
DİA məzunu İtaliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 14:41
DİA məzunu Avstraliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 14:37
UFAZ-da 11-ci qəbul imtahanı keçirilib28.07.2026 - 14:29
DİA məzunu Avstraliyanın nüfuzlu universitetlərindən birində magistratura təhsili alacaq28.07.2026 - 14:21
Naxçıvan Dövlət Universitetində “Tərcümə (Çin-Azərbaycan dilləri)” ixtisası yaradılır28.07.2026 - 14:13
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tədbirdə təltif olunublar - FOTO28.07.2026 - 14:05
BMU tələbəsi - "Koreyada təhsil müddətində texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırıram"28.07.2026 - 13:53
İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb28.07.2026 - 13:46
Naxçıvan Dövlət Universitetində "NASCO 29" elmi konfransı keçiriləcək28.07.2026 - 13:37
I və IV ixtisas qrupları üzrə imtahan nəticələri elan olunub28.07.2026 - 13:29
DİA məzunu Rusiyada magistraturaya qəbul olub28.07.2026 - 13:27
DİA məzunu Avstraliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 13:21
OYU müəllimləri IV Azərbaycan Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak ediblər - FOTOLAR28.07.2026 - 13:14
Gənclərin mütaliə vərdişləri niyə zəifləyir? – yazıçı Elxan Elatlıdan açıqlama28.07.2026 - 13:03
ATMU və “Study in Azerbaijan”arasında əməkdaşlıq müqaviləsi imzalanıb28.07.2026 - 12:20
Təhsildə elmi təfəkkür və mənəvi dəyərlər balansı – Tural İrfandan açıqlama28.07.2026 - 12:11
Magistratura birincisi bu universiteti seçdi 28.07.2026 - 12:01
Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edildi28.07.2026 - 11:56
20 ildə şəhər məktəblərinin müəllimləri 10 min nəfər azalıb28.07.2026 - 11:53
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşuldu28.07.2026 - 11:47
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək28.07.2026 - 11:41
Bakalavriat səviyyəsi üzrə xaricdə təhsil üçün ən çox seçilən ÖLKƏ28.07.2026 - 11:31
Millimiz Portuqaliyanı məğlub etdi28.07.2026 - 11:23
Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək28.07.2026 - 11:17
Dünya çempionatı: Abdurrahman Hüseynli erməni rəqibini məğlub edərək yarımfinala yüksəlib28.07.2026 - 11:12
Əlyazmalar İnstitutu almandilli materialların kataloqunu nəşr edib28.07.2026 - 10:38
“İdrak” liseyində baş verən insidentlə bağlı silah sahibi barədə qərar açıqlanıb28.07.2026 - 10:28
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt proqramına start verir28.07.2026 - 10:20
BMU-da abituriyentlər üçün qəbul üzrə müraciət mərkəzi fəaliyyətə başlayıb28.07.2026 - 10:08
Soltan Soltanlı yubiley sərgisi ilə bağlı planlarını bölüşüb28.07.2026 - 10:05
Lalə İsmayılın yeni kitabı oxuculara təqdim edilib28.07.2026 - 10:00
Professor Buludxan Xəlilova həsr olunan elektron məlumat bazası istifadəyə verilib28.07.2026 - 09:53
Mədəniyyət naziri Pakistan səfiri ilə görüş keçirib28.07.2026 - 09:47
Mədəniyyət naziri Adil Kərimli Anarla görüş keçirib28.07.2026 - 09:37
Peşə təhsilində böyük yenilənmə: 46 yeni emalatxana açıldı28.07.2026 - 09:35
Nazir müavini: Attestasiya kadrların peşəkar inkişaf ehtiyaclarını müəyyənləşdirir28.07.2026 - 09:27
Fərid Cəfərov: 1100-dən çox kitabxana əməkdaşının İT bacarıqları qiymətləndirilib28.07.2026 - 09:25
Ixtisas secimi ilə bağlı qərar verməzdən əvvəl Azərbaycan Universitetini yaxından tanıyın!28.07.2026 - 09:20
AzTU və “AZROKSAN” yüksəkixtisaslı kadr hazırlığı üzrə əməkdaşlığı genişləndirir28.07.2026 - 09:15
Azərbaycan dili üzrə ən yüksək nəticə göstərən məktəblər açıqlanıb – SİYAHI28.07.2026 - 09:07
ADMİU-da kadr hazırlığının təkmilləşdirilməsi: yeni ixtisaslaşmalar və təhsil proqramları28.07.2026 - 09:05
Nazir müavini: Məqsədimiz kitabxana xidmətlərini müasir standartlara uyğunlaşdırmaqdır28.07.2026 - 09:00
BMU-da “İnformasiya texnologiyaları” ixtisası üzrə geniş təhsil imkanları28.07.2026 - 09:00
ATMU-nun semestr üzrə ən uğurlu tələbələri - TANIYAQ28.07.2026 - 08:55
ADPU əməkdaşlarının tədqiqatları 20-dək beynəlxalq jurnalda dərc olunub28.07.2026 - 08:45