Təhsil 365 - Logo Mobile

BDU rektoru abituriyentlərlə görüşüb

14829.07.2026 - 04:52
BDU rektoru abituriyentlərlə görüşüb

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Açıq qapı” günü çərçivəsində BDU-nun rektoru Elçin Babayevin abituriyentlərlə görüşü təşkil olunub.

“Tehsil365” xəbər verir ki, Rektor bu il sentyabrın 1-də 107 yaşı olacaq Bakı Dövlət Universitetinin bir əsrdən çoxdur Azərbaycanın elmi məktəblərinin əsasını qoyduğunu və bu missiyanın hazırda uğurla inkişaf etdirildiyini deyib. Bildirib ki, 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün 16 fakültə, 114 kafedra, 3 mindən çox professor-müəllim heyəti və 25 mindən çox tələbəsi ilə ölkə ali təhsilinin əsas sütunlarından birinə çevrilib. Onillər ərzində məzunumuz olan yüz minlərlə gənc Azərbaycanın insan kapitalı üçün dəyərli xəzinəyə çevrilib. Məzunlarımız arasında dünyaşöhrətli siyasətçi, müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev də yer alır: “Ali təhsil ocaqları hər zaman öz məzunları ilə fəxr edir. Amma bununla bərabər dövrün tələblərinə uyğun dəyişiklik də əsas şərtdir. Hazırda BDU-da rəqəmsallaşma dövrünün tələblərinə uyğun müasir elm istiqamətlər öyrənilir, tədris prosesinin yaxşılaşdırılması ilə bağlı intensiv işlər görülür. 2 saylı tədris binasının müasir dövrün tələblərinə uyğun əsaslı təmir olunması və 1 saylı tədris binasının da bu prosesə cəlb edilməsi qeyd olunan istiqamətlərin davamıdır. Həmçinin müasir elmi-tədqiqat laboratoriyalarının qurulması, ən yeni avadanlıqlarla təchiz olunması tələbələrin elmi araşdırma mühitinin genişləndirilməsi ilə bağlı atılan addımlardandır. Beynəlxalq əməkdaşlıqlara da xüsusi diqqətlə yanaşan BDU dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom və mübadilə proqramları həyata keçirir, tədris standartlarının artırılması ilə bağlı müxtəlif təcrübələrdən də faydalanır. Bütün bunlar tədqiqat universiteti olmağa hazırlaşan BDU-nun bu istiqamətdə gördüyü işlərdir. Təsadüfi deyil ki, Universitetimiz bu il nüfuzlu reytinq təşkilatı olan QS-in nəticələrinə əsasən Cənubi Qafqazda və Azərbaycanda birinci olaraq dünya universitetləri arasında TOP-600-lük yerdə qərarlaşıb. Bütün bunların yanında dövlət-özəl əməkdaşlığını da qeyd etmək olar ki, bu istiqamətdə də BDU istər yerli, istər xarici özəl şirkətlər ilə tələbələr üçün təcrübə-tədqiqat mühitinin yaradılması ilə bağlı geniş imkanlar yaradır”.

Elm və tədris fəaliyyəti ilə yanaşı tələbələrin sosial həyatının daha səmərəli keçirilməsi üçün Universitet tərəfindən görülən işlərdən söz açan BDU-nun rektoru tələbə təşkilatlarının fəaliyyətindən danışıb: “Hazırda Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, “YENİ Klub”, “İƏT Modeli klubu” kimi tələbələrin sosial fəaliyyətlərinin ən yaxşı şəkildə təmin edilməsi üçün çalışan təşkilatlarımız bir-biriləri ilə həmrəy olaraq fəaliyyət göstərir. Bununla yanaşı Universitetimizdə fəaliyyət göstərən Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi gənc tədqiqatçıları bir araya toplayaraq beynəlxalq müsabiqə və yarışlarda yalnız BDU-nun deyil, ölkəmizin adını zirvələrə yüksəldir”.

Bu il bakalavriat səviyyəsində 76 ixtisas üzrə qəbulun aparılacağını deyən rektor Elçin Babayev abituriyentlərə uğurlar arzulayıb, onları böyük BDU ailəsinin üzvü olmağa çağırıb.

Daha sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Tədrisin təşkili və idarə olunması Mərkəzinin Tədris prosesinin idarə olunması şöbəsinin müdiri Fərhad Aydınlı, Tədrisin idarə olunması sektorunun müdiri Vüsal İsmayılov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Keyfiyyət təminatı Mərkəzinin Monitorinq, təhlil və akkreditasiya şöbəsinin mütəxəssisi Jalə Hüseynova abituriyent və valideynlərin suallarını cavablandırıb.

Nuray Babayeva

Xəbər Lenti

AMEA prezidenti regionlarda elmi fəaliyyətin dəstəklənməsinin vacibliyini vurğulayıb29.07.2026 - 10:15
Vəfadar Misirov: İxtisas seçiminin avqustun 10-dan sonra başlanması gözlənilir29.07.2026 - 10:10
Peşə təhsili üçün 111 min dərslik hazırlanıb29.07.2026 - 09:50
Bu il 150 ballıq ixtisasların sayının artacağı gözlənilir - DİM rəsmisi29.07.2026 - 09:45
Vəfadar Misirov: Bu il yoxlanılan beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxıb29.07.2026 - 09:40
Qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan edilib29.07.2026 - 09:30
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub29.07.2026 - 09:20
ChatGPT-də bəzi məzmunların yaradılmasına yeni məhdudiyyətlər tətbiq olunub29.07.2026 - 09:15
Yeni tədris ilində BDU-nun daha bir binası tələbələrin istifadəsinə veriləcək29.07.2026 - 09:10
İdman Akademiyasının baş müəllimi dünyasını dəyişib29.07.2026 - 09:05
Doktorantura təhsili üçün ən çox seçilən ölkələrin SİYAHISI29.07.2026 - 08:55
BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində29.07.2026 - 08:35
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI29.07.2026 - 08:20
Sabahın hava proqnozu29.07.2026 - 08:15
Sözlə başlayan zorakılıq: Bullinq uşağın psixologiyasında dərin iz buraxır-Psixoloqdan açıqlama 29.07.2026 - 08:02
ADMİU beynəlxalq əməkdaşlıq və innovasiya layihələrini genişləndirir29.07.2026 - 07:06
IV ixtisas qrupunda yüksək keçid balı gözlənilir29.07.2026 - 06:53
DİM-in ali təhsil sərgisində 40 universitet təmsil olunur29.07.2026 - 06:28
DİM: Bu il 11 xarici dil sertifikatı saxta olduğu üçün qəbul edilməyib29.07.2026 - 06:19
Magistraturaya qəbul nəticələri ilə bağlı gözlənilən vaxt məlum olub29.07.2026 - 06:11
“Motivasiya gözlənilən bir hiss deyil, yaradılan bir vərdişdir"-Psixoloq Orxan Şərifzadə29.07.2026 - 05:59
NDU-da “İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda elmi konfrans keçiriləcək29.07.2026 - 05:52
UNEC əməkdaşı Clarivate-in beynəlxalq sertifikat proqramını uğurla başa vurub29.07.2026 - 05:45
Pedaqoji Universitet bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir29.07.2026 - 05:36
ADPU əməkdaşlarının tədqiqatları 20-dək nüfuzlu beynəlxalq jurnallarda dərc olunub29.07.2026 - 05:24
OYU müəllimləri IV Azərbaycan Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak ediblər29.07.2026 - 05:15
BAAU ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək29.07.2026 - 05:08
Milli Aviasiya Akademiyasının komandası Caspian International Moot Court Competition-də finala yüksəlib29.07.2026 - 04:59
Xəzər Universitetinin əməkdaşları Gazi Universitetində29.07.2026 - 04:48
SDU rektoru “SOCAR Karbamid” Zavodunda universitet–sənaye əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib29.07.2026 - 04:36
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib29.07.2026 - 04:25
AzTU ilə “AZROKSAN” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub29.07.2026 - 04:17
ADU əməkdaşları beynəlxalq elmi konfransda uğurla iştirak ediblər29.07.2026 - 04:09
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək29.07.2026 - 04:03
“Peşə təhsilinə marağın artırılması üçün müvafiq addımlar atılıb” - Təhsil eksperti Elçin Əfəndi28.07.2026 - 17:30
IV qrupda bir nəfər 700 bal topladı 28.07.2026 - 14:56
Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub - FOTOLAR28.07.2026 - 14:45
DİA məzunu İtaliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 14:41
DİA məzunu Avstraliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 14:37
UFAZ-da 11-ci qəbul imtahanı keçirilib28.07.2026 - 14:29
DİA məzunu Avstraliyanın nüfuzlu universitetlərindən birində magistratura təhsili alacaq28.07.2026 - 14:21
Naxçıvan Dövlət Universitetində “Tərcümə (Çin-Azərbaycan dilləri)” ixtisası yaradılır28.07.2026 - 14:13
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tədbirdə təltif olunublar - FOTO28.07.2026 - 14:05
BMU tələbəsi - "Koreyada təhsil müddətində texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırıram"28.07.2026 - 13:53
İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb28.07.2026 - 13:46
Naxçıvan Dövlət Universitetində "NASCO 29" elmi konfransı keçiriləcək28.07.2026 - 13:37
I və IV ixtisas qrupları üzrə imtahan nəticələri elan olunub28.07.2026 - 13:29