ADA Law Society tərəfindən təşkil olunan Caspian International Moot Court Competition – Beynəlxalq Dəniz Hüququ üzrə Məhkəmə Simulyasiyası yarışında Milli Aviasiya Akademiyasının komandası uğurla çıxış edərək yüksək nəticə əldə edib.
“Tehsil365” xəbər verir ki, 33 komandanın iştirak etdiyi beynəlxalq müsabiqədə Akademiyanın hüquqşünaslıq ixtisası üzrə təhsilalanlarından ibarət komanda yüksək hazırlıq nümayiş etdirərək final mərhələsinə yüksəlib və yarışın yekununda II yerə layiq görülüb.
Milli Aviasiya Akademiyasını müsabiqədə Həmayıl Sadıqova, İlahə Səmədova, Nuray Kərimi və Fatimə Dadaşova təmsil ediblər. Təhsilalanlar beynəlxalq dəniz hüququ sahəsində bilik və bacarıqlarını uğurla nümayiş etdirərək Akademiyanı layiqincə təmsil ediblər.
Bu uğur təhsilalanların beynəlxalq hüquq yarışlarında fəal iştirakının və peşəkar inkişaf istiqamətində qazandıqları nailiyyətlərin bariz göstəricisidir.

