Elm və Ali Təhsil Agentliyinin təşkilatçılığı ilə 20–24 iyul tarixlərində Clarivate şirkətinin Belqrad ofisində “Azerbaijan – Clarivate Certification Program on Scientometrics” adlı beynəlxalq sertifikat proqramı keçirilib.
“Tehsil365” xəbər verir ki, Azərbaycanın 20-dən çox ali təhsil və elmi-tədqiqat müəssisəsinin nümayəndələri iştirak etditi proqramda UNEC-in Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə də yer alıb.
Beş gün davam edən təlimdə iştirakçılar Web of Science Core Collection, EndNote, Web of Science Research Assistant, ProQuest Central, Journal Citation Reports (JCR), InCites Benchmarking & Analytics və Research Horizon Navigator platformaları ilə işləmək üzrə biliklərini artırıblar.
Təlim çərçivəsində elmi jurnalların seçilməsi, etibarlı və saxta (predatory) jurnalların müəyyənləşdirilməsi, bibliometrik göstəricilərin təhlili, tədqiqatçı və təşkilat profillərinin idarə olunması, eləcə də analitik hesabatların hazırlanması mövzularında nəzəri və praktiki məşğələlər keçirilib. Həmçinin beynəlxalq universitet reytinqlərinin metodologiyası haqqında məlumat verilib.
Proqramın sonunda qiymətləndirməni uğurla tamamlayan iştirakçılara rəsmi Clarivate sertifikatları təqdim olunub.
Clarivate məhsullarına bir həftəlik çıxış imkanı təmin olunduğu üçün Elmmetrika şöbəsinin rəsmi Linkedin səhifəsindən həmin məhsullar haqqında məlumatlar əldə etmək mümkündür:

