Təhsil 365 - Logo Mobile

Sözlə başlayan zorakılıq: Bullinq uşağın psixologiyasında dərin iz buraxır-Psixoloqdan açıqlama

17329.07.2026 - 08:02
Sözlə başlayan zorakılıq: Bullinq uşağın psixologiyasında dərin iz buraxır-Psixoloqdan açıqlama

“Məktəb uşağın yalnız biliyini deyil, həm də psixoloji təhlükəsizliyini qorumalıdır. Çünki bir uşaq bir gələcək, bir ailə deməkdir”.

Bu fikirləri psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə verdiyi açıqlamada bildirib.

“Məktəblərdə bullinq dedikdə, bir şagirdin digərinə qəsdən və ya təkrarlanan şəkildə fiziki, psixoloji və sosial cəhətdən zərər verməsi nəzərdə tutulur. Burada söhbət təkcə fiziki şiddətdən, döyməkdən getmir. Lağ etmək, təhqir etmək, alçaltmağa çalışmaq, uşağı qrupdan kənarlaşdırmaq, ləqəb qoyaraq incitmək, hər kəsin içində həmin ləqəblə səsləmək, sosial şəbəkələrdə alçaltmaq da bullinqə daxildir.

Bullinqin bir neçə səbəbi var. Əsas səbəblərdən biri ailədir. Ailədə zorakılıq, laqeydlik və sevgisizlik varsa, uşağın empatiya bacarığı zəif inkişaf edir. Uşağın duyğuları və hissləri önəmsənilmədikdə aqressiv davranış modellərini təkrarlamağa başlayır. Eyni zamanda, ailədə ala bilmədiyi diqqəti, sevgini və dəstəyi ətrafında güc qazanmağa çalışaraq əldə etməyə cəhd edir.

Bundan başqa, məktəbdə nəzarətin və maarifləndirmənin kifayət qədər olmaması da bullinqin baş verməsinin əsas səbəblərindən biri hesab olunur.

Bullinq uşağın psixologiyasında dərin izlər buraxır və bu təsirlər ömür boyu davam edə bilər. Hətta illər sonra bullinqə məruz qalmış şəxslər həmin dövrü xatırlayarkən "o illərə qayıtmaq istəməzdim" deyirlər. Çünki yaşadıqları hadisələr onlarda uzunmüddətli psixoloji iz buraxır.

Bullinq uşağın özünəinamını azaldır, məktəbə getmək istəyini zəiflədir, narahatlıq və qorxularını artırır, dərs nəticələrinin aşağı düşməsinə səbəb olur. Depressiv əlamətlər yaranır, sosial münasibətlərdən uzaqlaşma və özünəqapanma müşahidə edilir.

Əgər bu vəziyyət uzun müddət davam edərsə, uşağın insanlara etibar etməsinə və gələcəkdə sağlam münasibətlər qurmasına da mənfi təsir göstərə bilər.

Mən hər zaman deyirəm ki, uşaqlara istər məktəbdə, istərsə də ailədə öyrədilməli olan ən vacib şey təkcə fənlər deyil. Biz övladlarımıza hörməti, empatiyanı, anlayışı, diqqəti, sevgini və mərhəməti aşılamağı bacarmalıyıq. Çünki bir uşağın yaddaşından dərslər unudula bilər, amma ona yaşadılan acılar və alçaldılma hissi uzun illər unudulmur.

Məktəb uşağın yalnız biliyini deyil, həm də psixoloji təhlükəsizliyini qorumalıdır. Çünki bir uşaq bir gələcək, bir ailə deməkdir”.

Afin Mahmudov

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05