Təhsil 365 - Logo Mobile

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

15729.07.2026 - 08:35
BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Bakı Mühəndislik Universitetinin (BMU) 22 məzunu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ qazanıb.

“Tehsil365” xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının nəticələrinə uyğun olaraq, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil almaq hüququ qazanan 353 nəfərdən 20-si, doktorantura səviyyəsində təhsil almaq hüququ əldə edən 22 nəfərdən isə 2-si BMU məzunudur.

Dövlət Proqramının iştirakçısı olan BMU məzunlarından 14-ü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 6-sı Amerika Birləşmiş Ştatlarında, 1-i İtaliya Respublikasında, 1-i isə Finlandiya Respublikasında yerləşən nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq.

2027-ci il üzrə QS dünya universitetləri reytinqinə əsasən, BMU məzunlarının qəbul olunduğu ali təhsil müəssisələrindən 2-si dünyanın ilk onluğunda, 3-ü ilk iyirmiliyində, 17-si isə ilk yüzlüyündə qərarlaşıb.

Məzunlar Kembric Universiteti, London Kollec Universiteti, Kolumbiya Universiteti, Edinburq Universiteti, Mançester Universiteti, London Kral Kolleci, Vorvik Universiteti, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi, Qlazqo Universiteti, Con Hopkins Universiteti, Dyuk Universiteti, Birminhem Universiteti, Nyu-York Universiteti, Vaşinqton Universiteti, Şeffild Universiteti və digər nüfuzlu ali məktəblərdə təhsillərini davam etdirəcəklər. Onlar kompüter elmləri, süni intellekt, data elmi, kibertəhlükəsizlik, proqram təminatı mühəndisliyi, kompüter mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, maşınqayırma mühəndisliyi, enerji sistemləri mühəndisliyi, inşaat mühəndisliyi, maliyyə, biznesin idarə edilməsi, riyaziyyat, iqtisadiyyat və digər prioritet ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.

Dövlət Proqramının əsas məqsədi gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün əlverişli imkanların yaradılması, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına töhfə verən yüksəkixtisaslı, innovativ düşüncəyə malik və beynəlxalq əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılmasıdır.

BMU məzunlarının Dövlət Proqramında əldə etdiyi növbəti uğur universitetdə həyata keçirilən keyfiyyətyönümlü təhsil siyasətinin, beynəlxalq əməkdaşlıq əlaqələrinin və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində görülən məqsədyönlü fəaliyyətin mühüm nəticələrindən biridir.

Afin Mahmudov

Xəbər Lenti

AMEA prezidenti regionlarda elmi fəaliyyətin dəstəklənməsinin vacibliyini vurğulayıb29.07.2026 - 10:15
Vəfadar Misirov: İxtisas seçiminin avqustun 10-dan sonra başlanması gözlənilir29.07.2026 - 10:10
Peşə təhsili üçün 111 min dərslik hazırlanıb29.07.2026 - 09:50
Bu il 150 ballıq ixtisasların sayının artacağı gözlənilir - DİM rəsmisi29.07.2026 - 09:45
Vəfadar Misirov: Bu il yoxlanılan beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxıb29.07.2026 - 09:40
Qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan edilib29.07.2026 - 09:30
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub29.07.2026 - 09:20
ChatGPT-də bəzi məzmunların yaradılmasına yeni məhdudiyyətlər tətbiq olunub29.07.2026 - 09:15
Yeni tədris ilində BDU-nun daha bir binası tələbələrin istifadəsinə veriləcək29.07.2026 - 09:10
İdman Akademiyasının baş müəllimi dünyasını dəyişib29.07.2026 - 09:05
Doktorantura təhsili üçün ən çox seçilən ölkələrin SİYAHISI29.07.2026 - 08:55
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI29.07.2026 - 08:20
Sabahın hava proqnozu29.07.2026 - 08:15
Sözlə başlayan zorakılıq: Bullinq uşağın psixologiyasında dərin iz buraxır-Psixoloqdan açıqlama 29.07.2026 - 08:02
ADMİU beynəlxalq əməkdaşlıq və innovasiya layihələrini genişləndirir29.07.2026 - 07:06
IV ixtisas qrupunda yüksək keçid balı gözlənilir29.07.2026 - 06:53
DİM-in ali təhsil sərgisində 40 universitet təmsil olunur29.07.2026 - 06:28
DİM: Bu il 11 xarici dil sertifikatı saxta olduğu üçün qəbul edilməyib29.07.2026 - 06:19
Magistraturaya qəbul nəticələri ilə bağlı gözlənilən vaxt məlum olub29.07.2026 - 06:11
“Motivasiya gözlənilən bir hiss deyil, yaradılan bir vərdişdir"-Psixoloq Orxan Şərifzadə29.07.2026 - 05:59
NDU-da “İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda elmi konfrans keçiriləcək29.07.2026 - 05:52
UNEC əməkdaşı Clarivate-in beynəlxalq sertifikat proqramını uğurla başa vurub29.07.2026 - 05:45
Pedaqoji Universitet bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir29.07.2026 - 05:36
ADPU əməkdaşlarının tədqiqatları 20-dək nüfuzlu beynəlxalq jurnallarda dərc olunub29.07.2026 - 05:24
OYU müəllimləri IV Azərbaycan Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak ediblər29.07.2026 - 05:15
BAAU ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək29.07.2026 - 05:08
Milli Aviasiya Akademiyasının komandası Caspian International Moot Court Competition-də finala yüksəlib29.07.2026 - 04:59
BDU rektoru abituriyentlərlə görüşüb29.07.2026 - 04:52
Xəzər Universitetinin əməkdaşları Gazi Universitetində29.07.2026 - 04:48
SDU rektoru “SOCAR Karbamid” Zavodunda universitet–sənaye əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib29.07.2026 - 04:36
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib29.07.2026 - 04:25
AzTU ilə “AZROKSAN” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub29.07.2026 - 04:17
ADU əməkdaşları beynəlxalq elmi konfransda uğurla iştirak ediblər29.07.2026 - 04:09
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək29.07.2026 - 04:03
“Peşə təhsilinə marağın artırılması üçün müvafiq addımlar atılıb” - Təhsil eksperti Elçin Əfəndi28.07.2026 - 17:30
IV qrupda bir nəfər 700 bal topladı 28.07.2026 - 14:56
Şamaxı “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti ünvanı olub - FOTOLAR28.07.2026 - 14:45
DİA məzunu İtaliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 14:41
DİA məzunu Avstraliyanın nüfuzlu universitetində magistratura təhsili alacaq28.07.2026 - 14:37
UFAZ-da 11-ci qəbul imtahanı keçirilib28.07.2026 - 14:29
DİA məzunu Avstraliyanın nüfuzlu universitetlərindən birində magistratura təhsili alacaq28.07.2026 - 14:21
Naxçıvan Dövlət Universitetində “Tərcümə (Çin-Azərbaycan dilləri)” ixtisası yaradılır28.07.2026 - 14:13
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tədbirdə təltif olunublar - FOTO28.07.2026 - 14:05
BMU tələbəsi - "Koreyada təhsil müddətində texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırıram"28.07.2026 - 13:53
İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb28.07.2026 - 13:46
Naxçıvan Dövlət Universitetində "NASCO 29" elmi konfransı keçiriləcək28.07.2026 - 13:37
I və IV ixtisas qrupları üzrə imtahan nəticələri elan olunub28.07.2026 - 13:29