Təhsil 365 - Logo Mobile

AMEA prezidenti regionlarda elmi fəaliyyətin dəstəklənməsinin vacibliyini vurğulayıb

12829.07.2026 - 10:15
AMEA prezidenti regionlarda elmi fəaliyyətin dəstəklənməsinin vacibliyini vurğulayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə Şəki Regional Elmi Mərkəzinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

“Tehsil365” xəbər verir ki,Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli regionlarda elmi fəaliyyətin dəstəklənməsi və alimlərin elmi potensialının inkişafının akademiyanın prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Şəki Regional Elmi Mərkəzinin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi, humanitar və ictimaiyönümlü tədqiqatların keyfiyyətinin yüksəldilməsi, regionun elmi potensialından daha səmərəli istifadə edilməsi və prioritet istiqamətlər üzrə tədqiqatların genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

AMEA-nın bütün elmi-tədqiqat müəssisələrində olduğu kimi, Şəki Regional Elmi Mərkəzində də müasir dövrün çağırışlarına və akademiyanın yeniləşmə mərhələsinə uyğun islahatların aparılmasının əhəmiyyətini bildirən akademik İsa Həbibbəyli gənc alimlərin elmi fəaliyyətə daha fəal cəlb edilməsinin, ali təhsil müəssisələri və digər elmi qurumlarla əməkdaşlığın genişləndirilməsinin, beynəlxalq elmi əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə toxunub. AMEA rəhbəri qeyd edib ki, Elmi Mərkəzin fəaliyyətində Şəki-Zaqatala iqtisadi rayonunun zəngin tarixi-mədəni irsi, tarixi, ədəbiyyatı, arxeologiyası, folkloru, yumoru, təbii sərvətləri və biomüxtəlifliyinin tədqiqi prioritet istiqamətlərdən biri olaraq qalmalıdır.

Sonra Şəki Regional Elmi Mərkəzinin direktoru filologiya elmləri doktoru dosent Kamil Adışirinov bildirib ki, mərkəzdə regionun tarixinin, arxeologiyasının, etnoqrafiyasının, folklorunun, biomüxtəlifliyinin və təbii ehtiyatlarının öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri davam etdirilir. O, görülmüş işlər, əldə olunan elmi nəticələr, həyata keçirilən layihələr, eləcə də qarşıda duran vəzifələr barədə ətraflı danışaraq mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

Sonda Şəki Regional Elmi Mərkəzinin gələcək fəaliyyət istiqamətləri, qarşıda duran prioritet vəzifələr və həyata keçiriləcək tədbirlər müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.

Müşavirədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da çıxış edərək müvafiq fikir və mülahizələrini bildiriblər.

Amin Cavayev

Xəbər Lenti

UNEC-in 20 məzunu Dövlət Proqramının qalibi olub - FOTO29.07.2026 - 14:52
“Gənc istedadlar” liseyinin iki məzunu Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat təhsili alacaq29.07.2026 - 14:46
BDU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTOLAR29.07.2026 - 14:33
DİM: 13 min 845 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub29.07.2026 - 14:24
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu - FOTOLAR29.07.2026 - 14:13
Magistraturaya qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olundu29.07.2026 - 14:05
AzTU rektoru ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR29.07.2026 - 13:58
AzTU ali təhsil müəssisələrinin sərgisində iştirak edir - FOTOLAR29.07.2026 - 13:46
AƏSMA-da süni intellekt üzrə təlim keçirilib - FOTOLAR 29.07.2026 - 13:39
ADU DİM-in ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTOLAR29.07.2026 - 13:31
BDU-da keçirilən "Açıq qapı" günündə 400-ə yaxın abituriyent iştirak edib - FOTOLAR29.07.2026 - 13:13
BSU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTOLAR29.07.2026 - 13:06
“Azərbaycanda gənclərin hərbi məktəbə həvəsini artırmaq üçün bütün işlər aparılır” - Hərbi ekspert Şair Ramaldanov29.07.2026 - 11:25
ATMU-da Almaniyada məşğulluq imkanlarına dair pilot layihə müzakirə olunub29.07.2026 - 11:09
Sabah külək əsəcək, 41 dərəcə isti olacaq29.07.2026 - 11:05
Magistraturaya ixtisas seçiminin nəticələri bu gün və ya sabah açıqlana bilər - Vəfadar Misirov29.07.2026 - 10:30
AMEA ilə ICESCO-nun Bakı ofisi arasında yeni əməkdaşlıq sənədi hazırlanır29.07.2026 - 10:25
Vəfadar Misirov: İxtisas seçiminin avqustun 10-dan sonra başlanması gözlənilir29.07.2026 - 10:10
Peşə təhsili üçün 111 min dərslik hazırlanıb29.07.2026 - 09:50
Bu il 150 ballıq ixtisasların sayının artacağı gözlənilir - DİM rəsmisi29.07.2026 - 09:45
Vəfadar Misirov: Bu il yoxlanılan beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxıb29.07.2026 - 09:40
Qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan edilib29.07.2026 - 09:30
Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub29.07.2026 - 09:20
ChatGPT-də bəzi məzmunların yaradılmasına yeni məhdudiyyətlər tətbiq olunub29.07.2026 - 09:15
Yeni tədris ilində BDU-nun daha bir binası tələbələrin istifadəsinə veriləcək29.07.2026 - 09:10
İdman Akademiyasının baş müəllimi dünyasını dəyişib29.07.2026 - 09:05
Doktorantura təhsili üçün ən çox seçilən ölkələrin SİYAHISI29.07.2026 - 08:55
BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində29.07.2026 - 08:35
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI29.07.2026 - 08:20
Sabahın hava proqnozu29.07.2026 - 08:15
Sözlə başlayan zorakılıq: Bullinq uşağın psixologiyasında dərin iz buraxır-Psixoloqdan açıqlama 29.07.2026 - 08:02
ADMİU beynəlxalq əməkdaşlıq və innovasiya layihələrini genişləndirir29.07.2026 - 07:06
IV ixtisas qrupunda yüksək keçid balı gözlənilir29.07.2026 - 06:53
DİM-in ali təhsil sərgisində 40 universitet təmsil olunur29.07.2026 - 06:28
DİM: Bu il 11 xarici dil sertifikatı saxta olduğu üçün qəbul edilməyib29.07.2026 - 06:19
Magistraturaya qəbul nəticələri ilə bağlı gözlənilən vaxt məlum olub29.07.2026 - 06:11
“Motivasiya gözlənilən bir hiss deyil, yaradılan bir vərdişdir"-Psixoloq Orxan Şərifzadə29.07.2026 - 05:59
NDU-da “İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda elmi konfrans keçiriləcək29.07.2026 - 05:52
UNEC əməkdaşı Clarivate-in beynəlxalq sertifikat proqramını uğurla başa vurub29.07.2026 - 05:45
Pedaqoji Universitet bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir29.07.2026 - 05:36
ADPU əməkdaşlarının tədqiqatları 20-dək nüfuzlu beynəlxalq jurnallarda dərc olunub29.07.2026 - 05:24
OYU müəllimləri IV Azərbaycan Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak ediblər29.07.2026 - 05:15
BAAU ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək29.07.2026 - 05:08
Milli Aviasiya Akademiyasının komandası Caspian International Moot Court Competition-də finala yüksəlib29.07.2026 - 04:59
BDU rektoru abituriyentlərlə görüşüb29.07.2026 - 04:52
Xəzər Universitetinin əməkdaşları Gazi Universitetində29.07.2026 - 04:48
SDU rektoru “SOCAR Karbamid” Zavodunda universitet–sənaye əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib29.07.2026 - 04:36