“Tehsil365” xəbər verir ki,Azərbaycan Turizm va Menecment Universitetinda (ATMU) Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. (BIWE) təşkilatınin ikili Texniki Peșə Təhsili va Talimi (Dual Technical Vocational Education and Training - Dual TVET) layihəsinin meneceri Mehmet Çakar və layihə köməkçisi Leyla Məmmədxanlı ilə işgüzar görüş keçirilib. Görüşdə ATMU-nu Karyera və məzunlarla iş șöbəsinin müdiri ilahə Əliyeva, Marketinq v ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva, Beynəlxalq əlaqələr söbəsinin müdir müavini iranə Axundova təmsil ediblər Görüşda Almaniya Hökuməti va Azərbaycan Respublikasınin Dövlət Məșğulluq Agentliyinin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulan Dual TVET pilot layihəsi təqdim olunub. Layihə çərçivəsində minimum B1 səviyyəsində alman dili biliyinə və dövlət tərəfindən tanınan diploma malik ixtisaslı mütəxəssislərin Almaniyada birbaşa məşğulluq imkanlarının yaradılması nəzərdə tutulur
Görüş zamanı ATMU-nun layihədə mümkün iştirakı, Almaniyada işləməyə maraqlı məzunların müəyyənləşdirilməsi və seçim prosesinə dəstək məsələləri müzakirə olunub.

