“Azərbaycanda gənclərin hərbi məktəbə həvəsini artırmaq üçün bütün işlər aparılır. Bu proseslər bir neçə istiqamətdə davam edir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib.
Ekspert bildirib ki, əsas istiqamətlərdən biri Azərbaycanda təhsil müəssisələrində aparılır.
“Əsas istiqamətlərdən biri Azərbaycanda təhsil müəssisələrində, yəni məktəblərdə vətənpərvərlik ruhunda Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin strategiya sənədi əsasında qurulan çoxsaylı tədbirlərdir. Bu strategiyadan irəli gələn tələblərin, məsləhətlərin proqram şəklində məktəblərdə məktəblilərə istiqamətləndirilən fəaliyyətdir”.
Onun sözlərin görə, digər istiqamətlərdən biri də maarifləndirmədir.
“Digər istiqamətlərdən biri də maarifləndirmədir. Ali məktəblər, Naxçıvanski, Heydər Əliyev adına liseylərdə, liseylər haqqında məlumatlandırmaqdır. Liseyin tarixi, fəaliyyəti və digər məsələrlə bağlı xüsusi təyinatlı təhsil müəssisələrində maarifləndirmə istiqamətində aparılır”.
Ekspert vurğulayıb ki, digər istiqamətlərdən biri də yaşayışla bağlıdır.
“Digər istiqamətlərdən biri də yaşayış xüsusiyyətlərini nəzərə alaraq, gənclərdə olan problemləri bilərək dövlət tərəfindən xüsusi təyinatlı hərbi məktəblərdə müəyyən bir sosialyönümlü patentlərin geniş şəkildə inkişaf etməsidir. Əlbəttə, bu gün bu kimi imkanlar, imtiyajlar heç bir liseydə və ali hərbi məktəbdə yoxdur. Bu da bir daha, birinci növbədə, hərbi peşəyə yiyələnmək istəyən gənclərin sosial baxımdan sığortlanması, təmin edilməsidir. Gələcək peşəkar hərbiçilər maddi problemləri minimum səviyyədə hiss etməlidirlər. Bununla bağlı, hətta həmin kursantların ailələrinə də müəyyən yardımlar göstərməklə əlaqədar imtiyajlar nəzərdə tutulub”.

