İyulun 29-da Bakı Slavyan Universiteti (BSU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur.
“Tehsil365" xəbər verir ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Sərgi çərçivəsində abituriyentlər BSU-nun nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər. Sərgidə, həmçinin, ali təhsil müəssisələrinin qəbul şərtləri, elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunur.

