Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib.
“Tehsil365" xəbər verir ki, ADU-nun stendində ziyarətçilərə universitetin fakültələri, ixtisasları, beynəlxalq əməkdaşlıq imkanları, xarici dil təhsili və tələbə həyatı haqqında ətraflı məlumat təqdim edilir. Qonaqlar, həmçinin universitetin nəşrləri ilə tanış ola, suvenirlər əldə edə və onları maraqlandıran suallara cavab tapa bilərlər.

