Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında “Süni intellekt üzrə təməl bacarıqlar” mövzusunda ikigünlük təlim təşkil olunub.
“Tehsil365" xəbər verir ki, təlim Konfederasiya əməkdaşlarının süni intellekt sahəsində baza bilik və bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal alətlərdən səmərəli istifadə imkanlarının artırılması məqsədilə keçirilib.
Təlim çərçivəsində iştirakçılara süni intellektin tətbiq sahələri, texnoloji imkanları, müxtəlif alətlərdən istifadə qaydaları və effektiv işləmə prinsipləri barədə məlumat verilib.
Proqram zamanı interaktiv tapşırıqlar və praktiki məşğələlər təşkil olunub, iştirakçılar süni intellekt alətlərindən istifadə bacarıqlarını təkmilləşdiriblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

