Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisinin açılışı keçirilib.
“Tehsil365” xəbər verir ki, sərginin açılışında Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov iştirakçıları salamlayaraq qəbul kampaniyası, eləcə də abituriyentlərin ixtisas seçimi zamanı diqqət etməli olduqları məqamlar barədə məlumat verib.
Daha sonra sərgiyə baxış keçirilib.
Qeyd edək ki, sərgidə Azərbaycan Texniki Universiteti (AzTU) də öz stendi ilə təmsil olunur. Universitet nümayəndələri abituriyentlərə təhsil imkanları, ixtisaslar və qəbul prosesi barədə məlumat təqdim edirlər.

