Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 20 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qalib olub.
“Tehsil365" xəbər verir ki, qalib məzunlar dünyanın nüfuzlu universitetlərində magistratura səviyyəsində təhsil alacaqlar.
UNEC-dən bildirilib ki, proqram çərçivəsində təhsil almaq hüququ qazanan məzunlara uğurlar arzulayır və onların akademik fəaliyyətlərinin ölkənin inkişafına töhfə verəcəyinə inanılır.

