Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Dövlət İmtahan Mərkəzində təşkil olunan ali təhsil müəssisələrinin sərgisində iştirak edib.
“Tehsil365" xəbər verir ki, rektor sərgi çərçivəsində keçirilən AzTU-nun xüsusi təqdimatında abituriyentlər və onların valideynləri ilə görüşərək universitetdə həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verib.
Sonda abituriyentlərin sualları cavablandırılıb.

