Bakı Dövlət Universiteti (BDU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində iştirak edir.
“Tehsil365" xəbər verir ki, iyulun 31-dək davam edəcək sərgidə Təhsil Tələbə Krediti Fondu, “Abituriyent” jurnalı redaksiyası və ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunur.
Sərginin əsas məqsədi abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək, onların ixtisas seçimi prosesinə dəstək göstərməkdir.
BDU nümayəndələri sərgi iştirakçılarına universitetdə mövcud ixtisaslar, təhsil və karyera imkanları, ikili diplom proqramları, maddi-texniki baza, təhsil haqları, güzəştlər və təqaüd proqramları barədə məlumat təqdim edirlər.
Həmçinin sərgi çərçivəsində BDU-nun elmi-metodiki bazası və digər imkanları ziyarətçilərə nümayiş olunur.
Sərgi DİM-in Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçirilir. iştirak etmək istəyən şəxslər DİM-in portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

