Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin iki məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanaraq, nüfuzlu universitetlərdə bakalavriat təhsili alacaq.
“Tehsil365" AZƏRTAC-a istinadən xəbər verir ki, liseyin məzunlarından Cabir Abbasov London İmperial Kollecində (Böyük Britaniya) kimya mühəndisliyi, Suad Məmmədzadə isə Kolumbiya Universitetində (ABŞ) maliyyə iqtisadiyyatı ixtisası üzrə bakalavriat təhsili alacaq.

