Təhsil 365 - Logo Mobile

"Gənclər uğursuz olmaqdan çox, uğursuz görünməkdən qorxurlar” - Psixoloq Nabat Mirzəyeva

16429.07.2026 - 18:39
"Gənclər uğursuz olmaqdan çox, uğursuz görünməkdən qorxurlar” - Psixoloq Nabat Mirzəyeva

“Son illərdə gənclər arasında uğursuzluq qorxusu əvvəlki nəsillərlə müqayisədə daha çox müşahidə olunur. Bunun əsas səbəblərindən biri sosial şəbəkələrin yaratdığı ‘daim uğurlu olmalısan’, ‘sən öndə olmalısan’ təzyiqidir.”

Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə gənclər başqalarının uğurlarını, göstərilən həyat tərzini və nailiyyətlərini görür, lakin həmin uğurların arxasında duran illəri, çətinlikləri və uğursuzluqları görmürlər.

“Gənclər istər-istəməz öz həyatlarını başqalarının həyatı ilə müqayisə edir, onların yalnız ən yaxşı anlarını görərək özlərini daha bədbin, kefsiz, emosional cəhətdən yorğun, stressli və gərgin hiss edirlər. Psixoloji baxımdan ən təhlükəli məqam isə uğursuzluğu nəticə kimi deyil, şəxsiyyətin göstəricisi kimi qəbul etmələridir. Bir çox gənc ‘mən bunu etdim, bacarmadım’ demək əvəzinə, ‘mən uğursuz insanam’, ‘mən bacarıqsız insanam’, ‘mən heç nə bacarmıram’ kimi düşüncələrə qapılır. Bu isə özünəinamı azaldır, depressiv əlamətlər və anksiyete yarada, bəzən isə yeni addımlar atmaqdan çəkinməyə səbəb ola bilər. Özünəinam azaldıqca özgüvən də azalır və gənclər bacarmayacaqları düşüncəsinə qapılırlar.”

Psixoloq qeyd edib ki, müasir dövrdə gənclər uğursuz olmaqdan daha çox ətraf tərəfindən uğursuz görünməkdən ehtiyat edirlər.

“Problem uğursuz olmaq deyil, insanların onları uğursuz görəcəyindən narahat olmalarıdır. Bu gün rəqəmsal mediada insanlar özlərini daim nümayiş etdirmək məcburiyyətində hiss edirlər. Hər kəs necə uğurlu, necə bacarıqlı və necə xoşbəxt olduğunu göstərməyə çalışır. Sanki həyatın yalnız uğurlu tərəfini göstərmək lazımdır kimi bir düşüncə formalaşıb. Bu da ‘mükəmməl olmalıyam’ inancını gücləndirir. Halbuki psixoloji inkişafın əsas şərtlərindən biri səhv etmək hüququnu qəbul etməkdir. İnkişaf etdiyimiz mərhələdə səhv etmək haqqımız var. Səhv etdiyimiz yerdə dərs çıxarmalı, böyüməli və yaşadığımız hisslərin fərqinə varmalıyıq. Ancaq gənclər sanki özlərinə səhv etmək hüququ belə vermirlər. Halbuki uğursuzluq zəiflik deyil, öyrənmə prosesinin təbii bir hissəsidir. Heç bir insan səhv etmədən uğur qazanmır və inkişaf etmir.”

Psixoloqun sözlərinə görə, uğursuzluq qorxusunu azaltmaq üçün ilk növbədə insan özünü başqaları ilə deyil, dünənki özü ilə müqayisə etməlidir.

“Məqsədləri kiçik və real mərhələlərə bölmək, kiçik uğurları dəyərləndirmək və onlardan motivasiya almaq vacibdir. Məqsədlər kiçik hissələrə bölündükdə əldə olunan hər uğur insanın motivasiyasını artırır. Eyni zamanda, sosial şəbəkələrdə gördüyümüz həyatın reallığı tam əks etdirmədiyini unutmamalıyıq. İnsan öz dəyərini maaş, diplom, sosial status və ya imtahan balı ilə ölçməməlidir. Uğursuzluq yaşadıqda ‘mən bacarmıram’ demək əvəzinə, ‘hələ öyrənirəm, inkişaf edirəm’ kimi düşünməyə çalışmalıdır.”

O vurğulayıb ki, cəmiyyətdə gənclərə göstərdikləri nəticəyə görə deyil, nəticəyə doğru gedən yolda göstərdikləri səyə görə dəyər verilməlidir.

“Çünki daim mükəmməllik tələb olunan mühitdə sağlam psixologiyanı formalaşdırmaq çox çətin olur. Unutmamalıyıq ki, uğursuzluq insanın dəyərini azaltmır. Əsl uğur heç vaxt yıxılmamaq deyil, hər uğursuzluqdan sonra yenidən ayağa qalxa bilmək və özünü dünənki özü ilə müqayisə etməkdir.”

Zümrüd Əlicanlı

Xəbər Lenti

“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40
Deputat: “ İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin”11.09.2026 - 11:35
Sədr: “Regionlararası fərqin azaldılması əsas prioritetlərdəndir”11.09.2026 - 11:30
“PISA bizim üçün güzgüdür” - Nazir11.09.2026 - 11:25
Nazir: “600 bal toplayan uşaqlara yox, dəstəyə ehtiyacı olanlara fokuslanmalıyıq”11.09.2026 - 11:20
“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır” - Nazir11.09.2026 - 11:15
Nazir: “Məktəblərin göstəriciləri vahid meyarlarla ölçüləcək“11.09.2026 - 11:10
"Direktorun işi protokol yazmaq deyil, mövcud qaydanı məktəbdə tətbiq etməkdir" - Nazir11.09.2026 - 11:05
Nazir: "Yaxşı təhsil sistemində bir məktəb digərindən çox fərqlənməməlidir"11.09.2026 - 11:00
"Təhsildə hər il yanaşmanı dəyişmək olmaz" - Elm və Təhsil Naziri11.09.2026 - 10:55
Nazir: “Yaxşı təhsil öz-özünə yaranmır”11.09.2026 - 10:50
“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir” - Emin Əmrullayev11.09.2026 - 10:45
"Təlim nəticələri varsa, təhsil yaxşıdır" - Emin Əmrullayev11.09.2026 - 10:40
Təhsillə bağlı parlamentdə ictimai dinləmələr keçiriləcək11.09.2026 - 10:35
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib11.09.2026 - 10:30
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb11.09.2026 - 10:25
Tələbə qəbulunun III mərhələsi start götürüb11.09.2026 - 10:20
“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq11.09.2026 - 10:15
Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub11.09.2026 - 10:10
MİQ-də 6 minə yaxın namizəd müəllim adını qazandı11.09.2026 - 10:05
Müəllimlərin maaşı artırılacaq11.09.2026 - 10:00
“Rəqəmsal məktəb” platforması sürətlə genişlənir11.09.2026 - 09:55
Təhsil layihələrinin əhatəsi genişləndirilir11.09.2026 - 09:50
"Məktəblərdə akademik nəticələr yaxşılaşır" - Eşqi Bağırov11.09.2026 - 09:45
MÜTDA-dan örnək addım11.09.2026 - 09:40
Eşqi Bağırov: Məktəblərdə şagird nailiyyətləri artırılmalıdır11.09.2026 - 09:35
Özəl bağçalarla bağlı yenilik11.09.2026 - 09:30
Məktəbəhazırlıq qruplarında qəbul yerləri 104 minə çatıb11.09.2026 - 09:25
“48 məktəbdə hibrid təhsil modeli tətbiq olunacaq“ - Eşqi Bağırov11.09.2026 - 09:20
Məleykə Abbaszadə: “Zəif nəticələrin kökünə ibtidai sinifdən getməliyik“11.09.2026 - 09:15
“Hər bir müəllimin öz AI assistenti ola bilər” - DİM sədri11.09.2026 - 09:10
Məleykə Abbaszadə: “Bunu dəfələrlə nəvələrimdə də görmüşəm"11.09.2026 - 09:05
"Zəif nəticə göstərən şagirdi tanımaq lazımdır" - Məleykə Abbaszadə11.09.2026 - 09:00
DİM sədri: "Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq"11.09.2026 - 08:55
Sabaha olan hava proqnozu11.09.2026 - 08:50
50 məktəbdə təkrar monitorinq11.09.2026 - 08:45
Rus bölməsini seçənlərdə göstəricilər aşağıdır11.09.2026 - 08:40
Kənd və şəhər məktəblilərinin bilik fərqi11.09.2026 - 08:35
Təhsil İnstitutu: “Qızların oxu nəticələri oğlanlardan 24 bal yüksəkdir”11.09.2026 - 08:30
İki ildə şagirdlərin 16,5 faizi daha yüksək səviyyəyə keçib11.09.2026 - 08:25
2545 şagird risk qrupuna daxil edilib11.09.2026 - 08:20
Nazir müşaviri: “Təbiət fənnini tədris edən müəllimlər səylərini artırmalıdırlar“11.09.2026 - 08:15
Şagirdlərin çətinlik çəkdiyi mövzular11.09.2026 - 08:10
Elnur Əliyev: “6-cı siniflərdə zəif nəticə göstərənlərin sayı azalıb”11.09.2026 - 08:05