Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və SənayeUniversiteti (ADNSU) və Özbəkistan RespublikasınınUrgənc şəhərində yerləşən Əbu Reyhan Biruni adınaUrgənc Dövlət Universitetinin birgə təşkilatçılığı ilə“Yaşıl kimya texnologiyaları: elmin, innovasiyaların vəsənayenin transformasiya imkanları” adlı III Beynəlxalq Elmi Konfrans keçiriləcək.
“Tehsil365” xəbər verir ki, konfrans müasir kimyəvi texnologiyaların, yaşılinnovasiyaların, qabaqcıl funksional materialların, ekoloji cəhətdən dayanıqlı texnologiyaların, neft-qazsənayesinin, biotexnologiyanın, eləcə də süni intellektəsasında hazırlanmış elmi-texnoloji həllərin ən aktualistiqamətlərinin müzakirəsinə həsr olunacaq.
Tədbir elm, təhsil və sənaye arasında əməkdaşlığıngenişləndirilməsi, beynəlxalq elmi əlaqələrin inkişafıvə innovativ tədqiqat nəticələrinin paylaşılması üçünəlverişli platforma yaradacaq.
Konfransın proqramı kimya sənayesində yaşılinnovativ texnologiyalar, optik və fotonik tətbiqlərüçün kimyəvi texnologiyalar və qabaqcıl funksionalmateriallar, neft-qaz sənayesində innovativ yanaşmalar, ekoloji texnologiyalar və təbii ehtiyatlardan səmərəliistifadə, kimyəvi və neft-qaz materiallarınınhazırlanmasında süni intellekt və hesablamametodlarının tətbiqi, eləcə də innovativbiotexnologiyalar və ərzaq təhlükəsizliyi sahəsindəmüasir həllər kimi aktual mövzuları əhatə edir.
Konfransa təqdim olunan və elmi ekspertiza (rəy) mərhələsindən uğurla keçərək müəyyən edilmiştələblərə cavab verən seçilmiş elmi məqalələrin Scopus bazasında indeksləşən beynəlxalq elmi jurnallardanəşri nəzərdə tutulur.
Qeyd edək ki, məqalələr Azərbaycan Dövlət Neft vəSənaye Universitetinin Elmi TədqiqatlarınƏlaqələndirilməsi və Monitorinqi şöbəsinəgct2026@asoiu.edu.az elektron poçt ünvanı vasitəsiləqəbul edilir.

