İyulun 29-da Dövlət İmtahan Mərkəzində (DİM) “Ali təhsil müəssisələrinin sərgisi”nin açılışı olub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də sərgidə xüsusi stendlətəmsil olunur.
“Tehsil365” xəbər verir ki, sərgi çərçivəsində abituriyentlərə və onların valideynlərinəADNSU-da tədris olunan ixtisaslar, qəbul prosesi, təhsilimkanları, tələbə həyatı, beynəlxalq proqramlar və universitetininfrastrukturu barədə ətraflı məlumat verilir.
Sərginin ilk günündə ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova, şöbənin əməkdaşı Səid İsgəndərov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Alidə Məmmədova, həmçinin ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetinin (UFAZ) əməkdaşları Firuzə Hüseynova və Zərifə Camallı abituriyentlərin və valideynlərinsuallarını cavablandırıb, onları universitetin təhsil proqramlarıvə təqdim etdiyi imkanlarla tanış ediblər.
Sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl alitəhsil müəssisəsi, eləcə də Dövlət İmtahan Mərkəzi, TəhsilTələbə Kredit Fondu və digər təhsil platformaları stendlərlətəmsil olunur.
Qeyd edək ki, iyulun 31-dək davam edəcək sərginin əsas məqsədi abituriyentləri ali təhsil müəssisələrinin imkanları iləyaxından tanış etmək, ixtisas seçimi zamanı onları düzgünistiqamətləndirmək və universitet nümayəndələri ilə birbaşaünsiyyət qurmalarına şərait yaratmaqdır. Sərgi iştirakçıları ADNSU-nun stendinə yaxınlaşaraq ixtisaslar, tədris proqramları, qəbul şərtləri, təhsil haqları, təqaüd və beynəlxalq təhsilimkanları barədə ətraflı məlumat əldə edə bilərlər.

