Naxçıvan Dövlət Universitetində 15–16 oktyabr 2026-cı il tarixlərində doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO 29) keçiriləcək.
“Tehsil365” xəbər verir ki, 15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçiriləcək “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” keçiriləcək.
Konfrans ənənəvi (üz-üzə) formatda təşkil olunacaqdır ki, bu da müxtəlif bölgələrdən və elmi istiqamətlərdən olan iştirakçıların bir araya gəlməsinə və gələcək əməkdaçlıqların qurulmasına geniş imkanlar yaradacaqdır.
Konfransın əsas məqsədi gənc alim və tədqiqatçılara öz elmi tədqiqatlarının nəticələrini təqdim etmək, müxtəlif sahələr üzrə aktual problemləri müzakirə etmək, elmi əməkdaşlıq əlaqələri qurmaq və innovativ ideyalar üçün platforma yaratmaqdır. Elmin bütün sahələrini əhatə edən bu tədbirdə iştirakçılar bir araya gələrək elmi polemikalar aparmaq, təcrübə və bilik mübadiləsi etmək, eləcə də multidissiplinar yanaşmalar formalaşdırmaq imkanı əldə edəcəklər.
Konfransa təqdim olunacaq məqalə və tezislər ciddi elmi ekspertiza və rəy prosesindən keçiriləcək, etik prinsiplərə və akademik dürüstlüyə uyğunluğu yoxlanılacaqdır.
Sənəd qəbulu: 1 oktyabr, 2026-cı il.
Konfransda iştirak ödənişsizdir.
Əlaqələndirici şəxs Çapay Quliyev - Magistratura və Doktorantura Mərkəzinin direktoru
Əlaqə: +994 51 325 11 11
Ətraflı: https://nasco.ndu.edu.az/az/

