Təhsil 365 - Logo Mobile

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub-FOTOLAR

15630.07.2026 - 06:59
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub-FOTOLAR

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü özəl təqdimatla yadda qalıb. İyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçirilib. Məşhur balet ulduzlarının iştirakı ilə baş tutan bu unudulmaz gecə klassik balet sənətinin gözəlliyini və zərifliyini tamaşaçılara təqdim edib.

“Tehsil365” xəbər verir ki, qala-konserti rəsmi şəxslər, mədəniyyət xadimləri, sənətsevərlər və ictimaiyyət nümayəndələri izləyiblər.

Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderland Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Maievskyi çıxıb.

Təxminən saatyarım davam edən qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdirilib. Tamaşaçılar Lüdviq Minkusun “Don Kixot”, Sergey Prokofyevin “Romeo və Cülyetta”, Adolf Adanın “Jizel” və digər sevilən baletlərdən parçalar izləyib.

Festivalda iştirak edən gənc balerina Günel Əliyeva isə XV Qəbələ Beynəlxalq Musiqi Festivalının onun üçün böyük sənət təcrübəsi olduğunu bildirib. O qeyd edib ki, festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn balet sənətçiləri ilə eyni səhnəni bölüşmək, onların ifa üslubunu yaxından izləmək gənc baletçilər üçün mühüm imkan yaradır. Onun sözlərinə görə, bu cür beynəlxalq layihələr gənc istedadların inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə şərait yaradır.

Festivalın növbəti günü tamaşaçılara Vyetnamdan gələn “Bronze drum” Ansamblının ifasında “Vyetnamın milli vokal janrlarına İntroduksiya” proqramı, həmin günün gecəsi isə Özbəkistandan “Daşkənd Zeboları” Xalq Rəqs Ansamblının solistlərinin çıxışları və “Bek” Doyraçılar Ansamblının ifası təqdim olunacaq.

İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq. Konsertdə Xalq artisti Teyyub Aslanov (xanəndə), həmçinin Dəyanət Məmmədov (tenor), Fərid Abdullayev (tar), Gülnaz Talıbova (soprano), Xatirə Hacıyeva (soprano), Müslüm Müslümzadə (xanəndə), Rəvanə Ağamirova (soprano), Samid Xudarlı (tenor), Sara Hüseynova (soprano), Səbinə Əsgərova (soprano), Səməd Novruzov (tenor) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini təqdim edəcəklər.

Həmin günün axşamı isə Qəbələ muğamsevərləri bir araya gətirəcək. Konsertdə sevilən xanəndələr - Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva çıxış edəcək.

Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu Aleksandr Maria Vaqner və Vyetnamda klassik musiqi və piano sənətinin tanınmış simalarından biri olan Luong To Nhu “Kamera musiqi axşamı”nda çıxış edəcəklər.

Həmin gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən musiqi parçaları” adlı konsert proqramıdır. Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə “Scorrendo” Orkestri “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç atası”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”, “Ceyms Bond” və digər filmlərdən musiqiləri ifa edəcək.

Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Həmin gün tamaşaçılar qarşısında Yuri Bivolun baş baletmeysteri olduğu Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və Moldovanın “Millenium” etnoestrada qrupu da çıxış edəcək.

Beynəlxalq Musiqi Festivalına avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekun vurulacaq. Konsertdə Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano), həmçinin Lalə Mürşüdlü (soprano) çıxış edəcək.

2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.

Festival yay fəsli ilə yanaşı, artıq iki ildir ki, qış mövsümündə də “Qış nağılı” adı ilə təşkil edilir.

Afin Mahmudov

Xəbər Lenti

Magistraturaya qəbul olunan bakalavrlar üçün sənəd siyahısı açıqlanıb30.07.2026 - 13:25
ADPU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTOLAR30.07.2026 - 13:17
Şagirdlərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğur qazanıblar 30.07.2026 - 13:06
BSU ali təhsil müəssisələrinin sərgisində abituriyentlərlə görüşlərini davam etdirir - FOTOLAR30.07.2026 - 10:23
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar30.07.2026 - 10:00
Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq30.07.2026 - 09:50
“Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda təlimlərə başlanılıb-FOTOLAR30.07.2026 - 09:40
Milli Kitabxanada “30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü” adlı sərgi açılıb30.07.2026 - 09:30
"Elektron Təhsil Tələbə Krediti" platforması Qızıl mükafata layiq görülüb30.07.2026 - 09:13
Məktəblilərimiz Avropa İnformatika Olimpiadasından üç medalla qayıdıblar30.07.2026 - 09:05
Dunay çayında suyun səviyyəsinin enməsi mamont qalıqlarını üzə çıxarıb30.07.2026 - 09:00
Astarada Əlişa qalasında qazıntılar zamanı qədim memarlıq elementləri aşkarlanıb-FOTOLAR30.07.2026 - 08:50
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı başa çatıb30.07.2026 - 08:45
Kolleclərə ixtisas seçimi gələn həftə başlayacaq30.07.2026 - 08:35
İyulun son gününün havası açıqlanıb30.07.2026 - 08:30
Bakıda indiyədək 17 minə yaxın uşaq məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçib30.07.2026 - 08:25
Qarabağ Universiteti abituriyentlər və valideynlər üçün ixtisaslar üzrə vebinarlar təşkil edəcək30.07.2026 - 08:20
Astanada Azərbaycan ədəbiyyatı guşəsi - Oxucular ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olurlar-FOTOLAR30.07.2026 - 08:15
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "açıq qapı" keçirilir 30.07.2026 - 08:05
Mədəni irsin iqtisadiyyatla sintezi: Türkiyənin Hatay şəhərindəki “antik” otel-FOTOLAR30.07.2026 - 07:55
Türkiyə TR-YÖS imtahanlarına qeydiyyat vaxtını uzadıb30.07.2026 - 07:45
Azərbaycan universiteti sərgidə iştirak edir30.07.2026 - 07:35
Magistraturada boş qalan yerlərə ixtisas seçimi keçiriləcək30.07.2026 - 07:20
Bu gün Beynəlxalq Dostluq Günüdür30.07.2026 - 07:10
Zəhra Vəzirova: Simulyasiya əsaslı təlimlər tibb işçilərinin peşəkar hazırlığını gücləndirir-FOTOLAR30.07.2026 - 06:45
Bank of Baku-da “Hepatiti tanı, səhhətini qoru” seminarı baş tutub30.07.2026 - 06:25
Cinlitəpədə Neolit dövrünə aid arxeoloji tapıntılar aşkar edilib-FOTOLAR30.07.2026 - 06:10
NDU-da doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO 29) keçiriləcək30.07.2026 - 05:56
“Elmdə Süni İntellekt: İmkanlar, Risklər və Etik Məsuliyyət” mövzusunda ödənişsiz vebinar keçiriləcək30.07.2026 - 05:44
ATU doktorantının elmi ixtirasına Avrasiya patenti verildi30.07.2026 - 05:38
Yüksək bal toplayan abituriyentlərin seçimi: DİM sərgisində ATU stendinə böyük maraq30.07.2026 - 05:32
BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər30.07.2026 - 05:17
ADNSU Dövlət İmtahan Mərkəzində keçirilən “Ali təhsilmüəssisələrinin sərgisi”ndə təmsil olunur30.07.2026 - 05:06
Mingəçevirdə “Birlik” düşərgəsi yeniyetmə və gəncləri bir araya gətirib30.07.2026 - 04:55
“GabalaFest” çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb30.07.2026 - 04:49
Şəkidə “Yay məktəbi” təşkil olunacaq30.07.2026 - 04:43
ADNSU-da “Yaşıl kimya texnologiyaları: elmin, innovasiyaların və sənayenin transformasiyaimkanları” mövzusunda III Beynəlxalq Elmi Konfranskeçiriləcək30.07.2026 - 04:34
Bakı Mühəndislik Universiteti “Ali təhsil müəssisələrinin sərgisi”ndə30.07.2026 - 04:26
ADPU ali təhsil müəssisələrinin sərgisində30.07.2026 - 04:17
UNEC tələbələrinin nəzərinə: Beynəlxalq Mükəmməllik Təqaüd Proqramına müraciət başlayıb30.07.2026 - 04:09
“CAIER GRI Summer School 2026” beynəlxalq yay məktəbinə qeydiyyat açıqdır30.07.2026 - 04:03
Təhsil kreditinə müraciət qaydaları açıqlandı29.07.2026 - 23:03
Təhsil Tələbə Krediti Fondunun uğurlu nəticələri29.07.2026 - 20:02
"Gənclər uğursuz olmaqdan çox, uğursuz görünməkdən qorxurlar” - Psixoloq Nabat Mirzəyeva29.07.2026 - 18:39
UNEC-in 20 məzunu Dövlət Proqramının qalibi olub - FOTO29.07.2026 - 14:52
“Gənc istedadlar” liseyinin iki məzunu Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat təhsili alacaq29.07.2026 - 14:46
BDU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTOLAR29.07.2026 - 14:33