Asiyanın ən qədim bölgələrindən birində - Türkiyənin Hatay şəhərində inşa edilən “The Museum Hotel Antakya” otelində qonaqlayan hər bir ziyarətçini bürüyən hisslər məhz bunlardır.
“Tehsil365” Azertaca istinadən xəbər verir ki, Antakyada xristianların ziyarətgahı olan Müqəddəs Pyotr kilsəsinin yaxınlığında otelin tikintisi zamanı qədim Roma dövrünə aid artefaktlarla yanaşı, antik dövrdən qalma dünyanın ən böyük – 1050 kvadratmetrlik tam döşəmə mozaikası aşkar edilib.
Hakimiyyət orqanları otelin tikintisinə verilən icazəni ləğv etməyib və qədim mozaika muzeyinin üzərində ucalan mehmanxana konsepsiyasını təsdiqləyib. Tarixi məkanla otel binası arasındakı kontrast onun dizaynına təsir edən əsas amil olub.
Qısa müddətdə Antakya sakinləri və şəhərin qonaqları sütunlar üzərində “keçmişə tunel” adlandırılan dünyasəviyyəli otel kəşf ediblər.
Bina mədəni irs təbəqəsinə zərər verməyən unikal dayaq quruluşu sayəsində sözün əsl mənasında tarixin üzərində ucalır. Otelin müstəqil otaqları Qədim Roma mozaikaları üçün “qoruyucu örtük” rolunu oynayır.
Mozaikaların üzərindəki körpülər və panduslar ziyarətçilərə həm arxeoloji məkanın, həm də qədim xarabalıqların mənzərəsini təqdim edir, məlumat lövhələri isə tapıntılar haqqında ətraflı məlumat verir.
Tarix və incəsənəti üzvi şəkildə birləşdirən otelin bütün qonaqları birinci mərtəbədə 2300 illik eksponatların qorunmasını təmin edən muzeyə ödənişsiz bilet alırlar.

