“Təhsil-tələbə kreditinə müraciət etmək istəyən tələbə və ya abituriyentlər ilk öncə ASAN xidmət mərkəzlərinə müraciət edərək razılıq ərizəsi almalıdırlar.”
"Tehsil365" xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Gülnar Zeynalova qeyd edib. O bildirib ki, razılıq ərizəsi alındıqdan sonra "e-tttk.edu.az" elektron portalı vasitəsilə qeydiyyatdan keçib sosial və ya standart təhsil-tələbə kreditlərinə müraciət etmək mümkündür.

