“Fəaliyyətə başladığı gündən bugünkü günədək Təhsil Tələbə Krediti Fondunun elektron portalına 101 mindən çox müraciət daxil olub.”
"Tehsil365" xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Gülnar Zeynalova bildirib. Onun sözlərinə görə, daxil olan müraciətlərdən 85 mindən çox təhsil-tələbə krediti müqaviləsi rəsmiləşdirilib, bu vaxta qədər isə 80 milyon manatdan çox dövlət vəsaiti təhsil müəssisələrining hesabına köçürülüb.

