Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsinə qəbul olunan bakalavrların onlayn sənəd qəbulu zamanı təqdim etməli olduqları sənədlərin siyahısı açıqlanıb.
“Tehsil365" xəbər verir ki, qəbul olunan şəxslərdən aşağıdakı sənədlərin elektron formada təqdim edilməsi tələb olunur:
Fotoşəkil (3x4 ölçüdə);
Şəxsiyyət vəsiqəsinin surəti;
Təhsil haqqında sənəd – bakalavr diplomu və diploma əlavənin surəti (cari ilin məzunları üçün universiteti bitirdikləri haqqında arayış);
Oğlanlar üçün ilkin hərbi qeydiyyat haqqında vəsiqə və ya hərbi biletin surəti;
Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi barədə qəbz.
Qeyd edək ki, sənəd qəbulu zamanı sağlamlıq haqqında arayış tələb olunmur.

