Bakı Dövlət Universiteti (BDU) abituriyentləri 4-5-6 avqust tarixlərində keçiriləcək növbəti "Açıq qapı" günlərində iştirak etməyə dəvət edir.
“Tehsil365" xəbər verir ki, BDU Könüllüləri təşkilatının təşkilatçılığı ilə baş tutacaq tədbir çərçivəsində abituriyentlərə universitetin fakültələri və ixtisasları, beynəlxalq əlaqələr və ikili diplom proqramları barədə ətraflı məlumat veriləcək.
Həmçinin iştirakçılar tələbə həyatı və sosial mühit, tələbələrin təcrübə keçdiyi müəssisələr, məzunların karyera və iş imkanları ilə bağlı məlumatlandırılacaq. Proqramda tədris və elmi infrastrukturla tanışlıq turu, eləcə də abituriyent və valideynlərin suallarının cavablandırılması üçün sual-cavab sessiyası təşkil olunacaq.

