Bakı Slavyan Universiteti (BSU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisinin ikinci günündə də abituriyentlərlə görüşlərini davam etdirir.
“Tehsil365" xəbər verir ki, BSU-nun stendi gün ərzində abituriyent və valideynlərin marağına səbəb olub. Universitet nümayəndələri iştirakçılara ixtisaslar, qəbul prosesi, beynəlxalq imkanlar, təqaüd proqramları, tələbə həyatı və universitetin təhsil mühiti barədə ətraflı məlumat verərək onların suallarını cavablandırıblar.
Sərgi abituriyentlər üçün düzgün ixtisas və universitet seçiminə dəstək olmaqla yanaşı, Bakı Slavyan Universitetinin təqdim etdiyi geniş təhsil imkanları ilə yaxından tanış olmaq üçün də əlverişli platformadır.
Qeyd edək ki, ali təhsil müəssisələrinin sərgisi sabah da ziyarətçilər üçün açıq olacaq.

