Ali təhsil müəssisələrinin sərgisi çərçivəsində rektor Nurəli Yusifbəyli tədbirdə iştirak edib və universitetlərin təqdim etdiyi stendlərlə tanış olub.
“Tehsil365" xəbər verir ki, sərgi zamanı rektor ali təhsil müəssisələrinin təqdimatlarını nəzərdən keçirib, nümayiş olunan təhsil proqramları, ixtisaslar və digər imkanlarla bağlı məlumat alıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində abituriyentlər universitetlər, ixtisaslar, qəbul imkanları və tələbə həyatı barədə ətraflı məlumat əldə edirlər.

