Təhsil 365 - Logo Mobile

Bakı Qızlar Universiteti fəaliyyətini dayandırıb

14530.07.2026 - 13:52
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırıb

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb.

“Tehsil365" Report-a istinadən xəbər verir ki, iyulun 10-da keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.

Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə "uyğun deyil" olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib.

Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.

Akkreditasiya Şurasının qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.

Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib.

İqtisadiyyat Nazirliyinin 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.

Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.

Zümrüd Əlicanlı

Xəbər Lenti

Aİ süni intellekt sahəsində “Giqafabriklər” layihəsinə 30 milyard avro investisiya cəlb etməyi planlaşdırır30.07.2026 - 16:26
Nazir: Mərakeşdən Azərbaycana gələn turistlərin sayında 28 faiz artım qeydə alınıb30.07.2026 - 16:22
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib30.07.2026 - 16:11
Molekulyar Biologiya İnstitutunun əməkdaşı Belçikanın Gent Universitetində elmi-tədqiqat aparıb30.07.2026 - 16:08
BMU məzunu tədqiqatlarını Edinburqda davam etdirəcək30.07.2026 - 16:01
​“Məktəblərdə yol hərəkəti təhlükəsizliyi və piyada mədəniyyəti aşılanmalıdır” – Ərşad Hüseynov30.07.2026 - 15:47
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq30.07.2026 - 15:42
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib30.07.2026 - 15:39
Cüdo üzrə Liqa yarışının III turunda növbəti mükafatçılar müəyyənləşib30.07.2026 - 15:21
Abituriyentlərin apellyasiya müraciətlərinə baxılacaq30.07.2026 - 15:00
“IV qrup üzrə ölkənin yeganə 700 bal toplayan abituriyenti - Samir Tağızadə30.07.2026 - 14:57
UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin 5 məzunu Dövlət Proqramının qalibi olub 30.07.2026 - 14:51
İnklüziv təhsil üzrə mentorlar üçün ustad dərsləri və təlimlər təşkil olunub - FOTOLAR30.07.2026 - 14:43
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb30.07.2026 - 14:34
UNEC magistrantları üçün Sejong Universiteti ilə ikili diplom imkanı30.07.2026 - 14:21
Rektor Nurəli Yusifbəyli ali təhsil müəssisələrinin sərgisində iştirak edib - FOTOLAR30.07.2026 - 14:13
İmtahan nəticələri açıqlandı30.07.2026 - 14:05
BDU əməkdaşları ali təhsil sərgisində abituriyentlər üçün infosessiya keçirib - FOTOLAR30.07.2026 - 13:46
BDU-da "Açıq qapı" günləri davam edir30.07.2026 - 13:34
Magistraturaya qəbul olunan bakalavrlar üçün sənəd siyahısı açıqlanıb30.07.2026 - 13:25
NDU-da yeni ixtisas30.07.2026 - 13:14
Şagirdlərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğur qazanıblar 30.07.2026 - 13:06
BMU-da ikili diplom proqramı çərçivəsində gələcəyin 4 perspektivli ixtisası üzrə qəbul davam edir30.07.2026 - 12:43
BMU məzunu Parkinsonun erkən diaqnostikası üzrə tədqiqatlarını Edinburqda davam etdirəcək30.07.2026 - 12:29
ATU-da məzunlara ilk elektron diplomlar təqdim olunmağa başlanılıb30.07.2026 - 12:11
Klassik Azərbaycan ədəbiyyatının dil xüsusiyyətlərini əks etdirən lüğət nəşr olunub30.07.2026 - 11:58
Abituriyentlərin nəzərinə: BMU-da qəbul üzrə müraciət mərkəzi fəaliyyət göstərir30.07.2026 - 11:47
BANM institusional akkreditasiyadan uğurla keçib30.07.2026 - 11:32
DİM “Abituriyent” jurnalının yeni nömrəsini nəşr edib30.07.2026 - 11:17
Elçin Babayev: Bu günədək 400-dən çox vyetnamlı tələbə Bakı Dövlət Universitetini bitirib30.07.2026 - 10:53
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirib - FOTOLAR30.07.2026 - 10:41
BSU ali təhsil müəssisələrinin sərgisində abituriyentlərlə görüşlərini davam etdirir - FOTOLAR30.07.2026 - 10:23
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar30.07.2026 - 10:00
Avqustda orta aylıq temperatur bəzi yerlərdə normadan yuxarı olacaq30.07.2026 - 09:50
“Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda təlimlərə başlanılıb-FOTOLAR30.07.2026 - 09:40
Milli Kitabxanada “30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü” adlı sərgi açılıb30.07.2026 - 09:30
"Elektron Təhsil Tələbə Krediti" platforması Qızıl mükafata layiq görülüb30.07.2026 - 09:13
Məktəblilərimiz Avropa İnformatika Olimpiadasından üç medalla qayıdıblar30.07.2026 - 09:05
Dunay çayında suyun səviyyəsinin enməsi mamont qalıqlarını üzə çıxarıb30.07.2026 - 09:00
Astarada Əlişa qalasında qazıntılar zamanı qədim memarlıq elementləri aşkarlanıb-FOTOLAR30.07.2026 - 08:50
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı başa çatıb30.07.2026 - 08:45
Kolleclərə ixtisas seçimi gələn həftə başlayacaq30.07.2026 - 08:35
İyulun son gününün havası açıqlanıb30.07.2026 - 08:30
Bakıda indiyədək 17 minə yaxın uşaq məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçib30.07.2026 - 08:25
Qarabağ Universiteti abituriyentlər və valideynlər üçün ixtisaslar üzrə vebinarlar təşkil edəcək30.07.2026 - 08:20
Astanada Azərbaycan ədəbiyyatı guşəsi - Oxucular ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olurlar-FOTOLAR30.07.2026 - 08:15
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "açıq qapı" keçirilir 30.07.2026 - 08:05