Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” nəşrini təqdim edib.
“Tehsil365" xəbər verir ki, nəşrlərdə 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə müsabiqə nəticələri və formalaşmış keçid balları ilə bağlı məlumatlar yer alır.
Jurnalları DİM-in inzibati binasından, “Abituriyent” satış məntəqəsindən, eləcə də kitab mağazalarından əldə etmək mümkündür. Həmçinin nəşrləri www.abiturient.az saytı və Wolt tətbiqi vasitəsilə sifariş etmək olar.
“Abituriyent” jurnalının nömrələri və digər nəşrlər barədə ətraflı məlumatı rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

