Azərbaycan Texnologiya Universitetində (ATU) 2025/2026-cı tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə bir qrup məzuna ilk elektron diplomlar təqdim olunmağa başlanılıb.
“Tehsil365" xəbər verir ki, elektron diplomlar ilk mərhələdə ATU-nu fərqlənmə ilə bitirən məzunlara veriləcək. Bununla da ATU region universitetləri arasında məzunlarına rəqəmsal diplom təqdim edən ilk ali təhsil müəssisəsi olub.
Elektron diplomların təqdim edilməsi "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalara uyğun həyata keçirilir. Qanunvericiliyə əsasən, doktorantura istisna olmaqla, təhsilin hər hansı pillə və səviyyəsini başa vuran şəxslərə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə yaradılan elektron dövlət sənədi təqdim edilir.
Universitetin bakalavr və magistratura səviyyələri üzrə bu ilin məzunlarının elektron diplomları artıq rəsmi qaydada imzalanıb. Rəqəmsal diplomlar bütün məzunlar üçün myGov platformasında əlçatan olacaq.
Elektron diplomların əldə olunması ilə bağlı çətinlik yaşayan məzunlar universitetin Tədrisin təşkili və idarə edilməsi şöbəsinə müraciət edə bilərlər.

