Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin 5 məzunu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"nın qalibi olub.
“Tehsil365" xəbər verir ki, proqram çərçivəsində həmin məzunlar dünyanın nüfuzlu universitetlərində magistratura təhsili almaq imkanı qazanıblar.

