Naxçıvan Dövlət Universitetində aqrar sahənin inkişafına töhfə verəcək yeni ixtisas açılır. Universitetdə “Bitki mühafizəsi” ixtisası üzrə təhsil imkanları yaradılır.
“Tehsil365" xəbər verir ki, yeni ixtisas çərçivəsində tələbələr bitkilərin xəstəlik və zərərvericilərdən qorunması, müasir mübarizə üsulları, fitosanitar təhlükəsizlik, eləcə də aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar üzrə nəzəri bilik və praktiki bacarıqlar əldə edəcəklər.
Qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti əmək bazarının tələblərinə uyğun olaraq yüksək ixtisaslı və peşəkar kadrların hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.

