Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun kiçik elmi işçisi Elnarə Sadıqova doktorantura təhsilinin tərkib hissəsi olaraq Belçika Krallığının Gent Universitetində elmi-tədqiqat aparıb.
“Tehsil365” Azərtac- a istinadən xəbər verir:
Elnarə Sadıqova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd qazanıb və Gent Universitetinin doktoranturasına qəbul olub. O, tədqiqatlarını Gent Universitetinin Bioelm Mühəndisliyi fakültəsinin bitki biotexnologiyası laboratoriyasında aparıb. Bitkilərin “in vitro” regenerasiyasının təkmilləşdirilməsi istiqamətində eksperimental tədqiqatlar aparmaqla yanaşı, Elnarə Sadıqova həm də müasir elmi avadanlıq vasitəsilə toplanan məlumatların statistik təhlilini həyata keçirib. Tədqiqat dövründə müasir laboratoriya metodları və qeyri-invaziv bitki analiz texnologiyaları üzrə praktiki bilik və bacarıqlar əldə olunub.

