Azərbaycanda keçirilən 4-cü “Vyetnam günləri” çərçivəsindəVyetnamdan gələn nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) ziyarət edib.
“Tehsil365” xəbər verir ki, iyulun 29-da baş tutan ziyarət zamanı nümayəndə heyətiuniversitetdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güldəstələri qoyaraq onun xatirəsini ehtiramla yad edib.
Daha sonra qonaqlar ADNSU-da fəaliyyət göstərən PrezidentHo Şi Min otağını ziyarət ediblər. Nümayəndə heyətinə otaqdanümayiş etdirilən tarixi materiallar, fotoşəkillər və Azərbaycan–Vyetnam dostluq münasibətlərini əks etdirən eksponatlar barədəməlumat verilib.
Ziyarət zamanı Azərbaycan ilə Vyetnam arasında uzun illərərzində formalaşmış dostluq əlaqələri, xüsusilə təhsil sahəsindəəməkdaşlıq ənənələri vurğulanıb. Qeyd olunub ki, sovetdövründə çoxsaylı vyetnamlı tələbə Azərbaycanda, o cümlədənAzərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıbvə ölkələrinin müxtəlif sahələrinin inkişafına töhfə verib.
Görüşdə Azərbaycan və Vyetnamın ali təhsil müəssisələriarasında əlaqələrin genişləndirilməsi, birgə akademik və mədənilayihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsiimkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Vyetnam günləri – 2026” Vyetnam Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri ilə əsası qoyulanəlaqələrin 67-ci ildönümünə və Azərbaycan ilə Vyetnamarasında strateji tərəfdaşlığın birinci ildönümünə həsr olunub. İyulun 29-dan avqustun 2-dək davam edəcək proqramçərçivəsində təhsil, mədəniyyət, turizm, innovasiya və kino sahələrini əhatə edən müxtəlif görüş və tədbirlər keçirilir.

